Azərbaycanın iki güləşçisi dünya çempionatının yarımfinalında
Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.
Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala yüksəlib.
Apasport.az xəbər verir ki, Arseniy Cioev (86 kq) və Giorgi Meşvildişvili (125 kq) medal uğrunda mübarizəni davam etdirirlər.
Cioev 1/4 finalda Yunanıstan təmsilçisi Georgios Kuqiumtsidisi məğlub edərək yarımfinala vəsiqə qazanıb. Meşvildişvili isə eyni mərhələdə türkiyəli Hakan Büyükçınqılı mübarizədən kənarlaşdırıb.
Digər təmsilçilərimizdən Nurəddin Novruzov 1/8 finalda qazaxıstanlı Asıl Aytakına, Kənan Heybətov isə 1/4 finalda ABŞ təmsilçisi Zein Rizerforda məğlub olub.
Qeyd edək ki, Azərbaycan yığması dünya çempionatında indiyədək üç medal qazanıb. Yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medala sahib çıxıb.
Nihat Məmmədli dünya çempionatının finalında Murad Əhmədiyev mundialı medalsız başa vurdu Sənan Süleymanov dünya çempionu olub Eldəniz Əzizli beşinci dəfə dünya çempionu oldu Eldəniz Əzizlinin beşinci dünya çempionluğuna bir addım qaldı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 30 Oktyabr 2026 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















