Icma.az, Marja.az portalına istinadən məlumatı açıqlayır. “PAŞA Bank”ın səhmlərinin bir hissəsi kütləvi şəkildə investorlara təklif ediləcək
Belə ki, “PAŞA Bank” ASC Səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) üzrə hazırlıq prosesinə başlayıb.Marja.az xəbər verir ki, bununla bağlı det
Hazırda “PAŞA Bank”ın nizamnamə kapitalı 354 milyon 511 min 800 manatdır.
Bu məbləğ hər birinin nominal dəyəri 33300 manat olan 10646 ədəd adi səhmdən ibarətdir (Dövlət qeydiyyatı 1700767721).
Bankın səhmdarları: PASHA Holding MMC (≈ 56,8195%), BLESS MMC (≈ 28,1796%), Arif Paşayev (≈ 9,9944%) və Mir Camal Paşayevdir (≈ 5,0066%).31 dekabr 2025-ci il tarixində “PAŞA Bank” ASC 504 milyon 786 min manat bölüşdürülməmiş mənfəətə malik olub.
2025-ci ilin yanvar–dekabr aylarında “PAŞA Bank” ASC-nin xalis mənfəəti 148 milyon 896 min manat təşkil edib.Qeyd edək ki, Azərbaycanda ilk İlkin Kütləvi Təklif ABB (Azərbaycan Beynəlxalq Bank) tərəfindən həyata keçirilib.IPO (Initial Public Offering) şirkətlərin səhmlərini ilk dəfə ictimaiyyətə sataraq birjada ticarət olunmağa başlamasıdır.
Bu proses şirkətlərin böyümək üçün kapital cəlb etməsinə imkan yaradır.
Bu əməliyyat zamanı şirkət səhmlərini fərdi və institusional investorlar üçün təklif edir.Adətən İPO zamanı şirkətin yeni buraxılan səhmləri satışa çıxarılır.