Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək İPO
Icma.az, Marja.az portalına istinadən məlumatı açıqlayır.
“PAŞA Bank”ın səhmlərinin bir hissəsi kütləvi şəkildə investorlara təklif ediləcək. Belə ki, “PAŞA Bank” ASC Səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) üzrə hazırlıq prosesinə başlayıb.
Marja.az xəbər verir ki, bununla bağlı detallı məlumatın 28 yanvar 2026-cı il tarixində açıqlanması gözlənilir.
Hazırda “PAŞA Bank”ın nizamnamə kapitalı 354 milyon 511 min 800 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 33300 manat olan 10646 ədəd adi səhmdən ibarətdir (Dövlət qeydiyyatı 1700767721). Bankın səhmdarları: PASHA Holding MMC (≈ 56,8195%), BLESS MMC (≈ 28,1796%), Arif Paşayev (≈ 9,9944%) və Mir Camal Paşayevdir (≈ 5,0066%).
31 dekabr 2025-ci il tarixində “PAŞA Bank” ASC 504 milyon 786 min manat bölüşdürülməmiş mənfəətə malik olub.
2025-ci ilin yanvar–dekabr aylarında “PAŞA Bank” ASC-nin xalis mənfəəti 148 milyon 896 min manat təşkil edib.
Qeyd edək ki, Azərbaycanda ilk İlkin Kütləvi Təklif ABB (Azərbaycan Beynəlxalq Bank) tərəfindən həyata keçirilib.
IPO (Initial Public Offering) şirkətlərin səhmlərini ilk dəfə ictimaiyyətə sataraq birjada ticarət olunmağa başlamasıdır. Bu proses şirkətlərin böyümək üçün kapital cəlb etməsinə imkan yaradır. Bu əməliyyat zamanı şirkət səhmlərini fərdi və institusional investorlar üçün təklif edir.
Adətən İPO zamanı şirkətin yeni buraxılan səhmləri satışa çıxarılır. Bu, ictimai investorların şirkətdə pay almasına imkan yaradır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 20 Yanvar 2026 23:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















