Icma.az, Apa.az portalına istinadən məlumat verir. Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilm
Bu barədə "APA-Economics"ə Maliyyə Monitorinqi Xidmətindən bildirilib.
Qeyd edilib ki, bu sahədə Azərbaycanın 5-ci raund qiymətləndirilməsi üzrə birinci tərəqqi hesabatı Avropa Şurasının Cinayət Yolu ilə Əldə Edilmiş Əmlakın Leqallaşdırılması və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) plenar iclasında təsdiq edilib.
Hesabat 2023-cü ildə qəbul edilmiş qiymətləndirmə hesabatında müəyyən olunmuş çatışmazlıqların aradan qaldırılması üzrə irəliləyişləri əks etdirir.
MONEYVAL-ın qiymətləndirməsinə əsasən Azərbaycan bu istiqamətdə əhəmiyyətli irəliləyiş nümayiş etdirib.
Azərbaycan bu sahədə ölkədaxili və beynəlxalq strategiyaların hazırlanması və təbliğini həyata keçirən hökumətlərarası Maliyyə Tədbirləri üzrə İşçi Qrupun (FATF) standartlarına uyğunluq dərəcəsinin yüksəldilməsi üçün mühüm tədbirlər həyata keçirib.
MONEYVAL-ın 2023-cü il üzrə qiymətləndirməsindən sonra Azərbaycan tərəfindən müxtəlif sahələr üzrə risklərin qiymətləndirilməsi tamamlanıb.
ƏL/TMM və benefisiar mülkiyyətçilik üzrə şəffaflığı təmin edən sistemlə bağlı yeni qanunvericilik və normativ aktlar qəbul olunub, maliyyə institutlarının fəaliyyətini tənzimləyən sahəvi qanunlara dəyişikliklər edilib, bu sahədə maarifləndirmə və təlimatlandırma aparılıb.