Azərbaycanın maliyyə cinayətkarlığına qarşı mübarizədə beynəlxalq standartlara uyğunluğu yüksəldilib
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) sahəsində Azərbaycanın beynəlxalq standartlara uyğunluq dərəcəsi yüksəldilib.
Bu barədə "APA-Economics"ə Maliyyə Monitorinqi Xidmətindən bildirilib. Qeyd edilib ki, bu sahədə Azərbaycanın 5-ci raund qiymətləndirilməsi üzrə birinci tərəqqi hesabatı Avropa Şurasının Cinayət Yolu ilə Əldə Edilmiş Əmlakın Leqallaşdırılması və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) plenar iclasında təsdiq edilib.
Hesabat 2023-cü ildə qəbul edilmiş qiymətləndirmə hesabatında müəyyən olunmuş çatışmazlıqların aradan qaldırılması üzrə irəliləyişləri əks etdirir. MONEYVAL-ın qiymətləndirməsinə əsasən Azərbaycan bu istiqamətdə əhəmiyyətli irəliləyiş nümayiş etdirib. Azərbaycan bu sahədə ölkədaxili və beynəlxalq strategiyaların hazırlanması və təbliğini həyata keçirən hökumətlərarası Maliyyə Tədbirləri üzrə İşçi Qrupun (FATF) standartlarına uyğunluq dərəcəsinin yüksəldilməsi üçün mühüm tədbirlər həyata keçirib.
MONEYVAL-ın 2023-cü il üzrə qiymətləndirməsindən sonra Azərbaycan tərəfindən müxtəlif sahələr üzrə risklərin qiymətləndirilməsi tamamlanıb. ƏL/TMM və benefisiar mülkiyyətçilik üzrə şəffaflığı təmin edən sistemlə bağlı yeni qanunvericilik və normativ aktlar qəbul olunub, maliyyə institutlarının fəaliyyətini tənzimləyən sahəvi qanunlara dəyişikliklər edilib, bu sahədə maarifləndirmə və təlimatlandırma aparılıb. Tələb olunan standartlara uyğun statistik məlumatların əhatə dairəsi genişləndirilib, hüquq, mühasibat və auditor xidmətləri üzrə nəzarət təkmilləşdirilib.
Nəticədə MONEYVAL ekspertləri Azərbaycan hökumətinin ƏL/TMM sahəsində qanunvericilik və tənzimləyici çərçivənin FATF tövsiyələrinə uyğunluğunun əhəmiyyətli dərəcədə artırdığını vurğulayıb. Təqdim edilmiş əsaslandırmalar nəzərə alınaraq, 7 FATF tövsiyəsinin hər biri üzrə müraciətə dair müsbət qərar verilib və həmin tövsiyələrlə bağlı reytinqlər yüksəldilib.
Əlavə edilib ki, Azərbaycan qarşıdakı mərhələdə MONEYVAL ilə institusional əməkdaşlığın davamlılığını təmin edəcək. Görülən tədbirlər ölkənin beynəlxalq maliyyə institutları və tərəfdaşları ilə əməkdaşlıq imkanlarının genişlənməsinə, habelə maliyyə sisteminin şəffaflığının və hüquq-mühafizə orqanlarının bu sahədə fəaliyyətinin daha da gücləndirilməsinə xidmət edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 21 Yanvar 2026 16:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















