Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.
İyulun 19-da Qarabağda, Xankəndi şəhərində “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu öz işinə başladı.
Bu tədbirin artıq ənənəvi hal alması və getdikcə öz nüfuzunu artırması ölkəmizin beynəlxalq arenada mövqelərinin möhkəmlənməsinə xidmət edir.
Forumun birinci günündə dünyanın aparıcı media nümayəndələrinin suallarını cavablandıran cənab Prezident İlham Əliyev COP29-un nəticələri ilə bağlı mühüm açıqlamalar verdi.
Məlum olduğu kimi, keçən il 197 ölkənin iştirakı ilə keçirilmiş mühüm iqlim dəyişmələri konfransında bütün dünyadan toplanmış çox böyük auditoriya var idi.
Qeydiyyatdan keçmiş 77 min iştirakçı oldu. 200 ölkədən gəlmiş nümayəndələrin sırasında 70 dövlət və hökumət başçısı var idi.
Bu, həmin mövzunun əhəmiyyətini aydın şəkildə göstərdi. Həmçinin bir çox insan Bakıya, Azərbaycana ilk dəfə idi ki, səfərə gəlmişdi.
Azərbaycan bir daha nümayiş etdirdi ki, ekologiyaya hörmətlə yanaşan ölkədir.