Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

8 Noyabr Zəfər Günü: dondurulmuş münaqişədən tarixi Qələbəyə ŞƏRH

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Azərbaycanın Media Vizyonu: Şuşa Forumunda Lider Baxışı ŞƏRH

Azərbaycanın Media Vizyonu: Şuşa Forumunda Lider Baxışı ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

İyulun 19-da Qarabağda, Xankəndi şəhərində “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu öz işinə başladı. Bu tədbirin artıq ənənəvi hal alması və getdikcə öz nüfuzunu artırması ölkəmizin beynəlxalq arenada mövqelərinin möhkəmlənməsinə xidmət edir. Forumun birinci günündə dünyanın aparıcı media nümayəndələrinin suallarını cavablandıran cənab Prezident İlham Əliyev COP29-un nəticələri ilə bağlı mühüm açıqlamalar verdi. Məlum olduğu kimi, keçən il 197 ölkənin iştirakı ilə keçirilmiş mühüm iqlim dəyişmələri konfransında bütün dünyadan toplanmış çox böyük auditoriya var idi. Qeydiyyatdan keçmiş 77 min iştirakçı oldu. 200 ölkədən gəlmiş nümayəndələrin sırasında 70 dövlət və hökumət başçısı var idi. Bu, həmin mövzunun əhəmiyyətini aydın şəkildə göstərdi. Həmçinin bir çox insan Bakıya, Azərbaycana ilk dəfə idi ki, səfərə gəlmişdi. Azərbaycan bir daha nümayiş etdirdi ki, ekologiyaya hörmətlə yanaşan ölkədir. Ölkəmizdə elektrik enerjisinin istehsalında nə kömürdən, nə də ki, yanacaqdan istifadə edilmir.

2030-cu ilə qədər artıq imzalanmış investisiya müqavilələri əsasında Azərbaycan ən azı 6 giqavatlıq yaşıl enerjini, o cümlədən Günəş, külək və su elektrik enerjisini istehsal edəcək. Su elektrik enerjisi Qarabağ və Şərqi Zəngəzurda əsas yer tutur. Azad edilmiş ərazilərdə ümumi 280 meqavat gücündə 30 kiçik su elektrik stansiyasını artıq istismara verilib. Beləliklə, Azərbaycanın yaşıl gündəliyi həqiqətən çox genişdir. Eyni zamanda, Azərbaycanın mesajı ondan ibarət idi ki, dünya ictimaiyyəti həmin məsələyə realist və praqmatik yanaşmalıdır.

Forumda müzakirə olunan məsələlərdən biri də Zəngəzur dəhlizi ilə bağlı idi. Bu arteriya sözsüz ki, bir çox ölkələri birləşdirəcək. Azərbaycan dövləti daşımaların bu dəmir yolu və ya avtomobil yolu ilə həyata keçirilməsinin zəruriliyindən danışarkən, təkcə ölkəmizin əsas hissəsinin Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsini nəzərdə tutmur. Söhbət beynəlxalq tranzit dəhlizdən gedir. Ölkəmiz nəqliyyat və logistika infrastrukturuna çox fəal sərmayə qoyur. Son illər milyardlarla dollar sərmayə qoyulub, Xəzər dənizində ən böyük beynəlxalq ticarət limanı tikilib. Hazırda həmin liman genişləndirilir, onun yükqaldırma qabiliyyətini 25 milyon tona çatdırılır. Gürcüstandan keçməklə Azərbaycanı Türkiyə ilə birləşdirən dəmir yolu xətti çəkilib. Müasir infrastrukturun qurulması nəticəsində Azərbaycan ərazisindən tranzit daşımaların həcmi artır. Həmçinin rəqəmsallaşma prosesi gedir, gömrük inzibatçılığı sadələşdirilir. Bu, həm də Cənubi Qafqaz regionunda baş verən geosiyasi dəyişikliklər, digər tranzit marşrutların problemli hala gəldiyi bir vaxtda baş verir. Ona görə də bütün bunları nəzərə alaraq, Zəngəzur dəhlizinin potensialını ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndirmək olar.

Diqqətəlayiq haldır ki, Azərbaycanın daxili gündəliyi də Forum iştirakçılarının maraq və diqqət mərkəzində idi. Cənab Prezident İlham Əliyev bu məsələyə də aydınlıq gətirərək bildirdi ki, Azərbaycanın inkişafında əsas prioritet faydalı qazıntı sahəsi ilə bağlı deyil. Burada IT, aparıcı texnologiyalar sektorunu qeyd etmək lazımdır. Regional inkişafa və regional əməkdaşlığa gəldikdə isə, bağlılıq layihələri prioritetdir və bu məsələ region ölkələri üçün eyni dərəcədə əhəmiyyətlidir. Region ölkələri eyni mövqedən çıxış edirlər. Burada söhbət təkcə tranzitdən getmir. Əsas məsələ tranzit marşrutu boyu infrastrukturun və sahələrin yaradılmasıdır ki, o sahələr əlavə sərmayə cəlb edə bilər. Bu səbəbdən də bir neçə əsas şərtin təmin edilməsi vacibdir. Bunun biri sabitlik və təhlükəsizlikdir. Bu gün regionumuz, Mərkəzi Asiya regionu, Cənubi Qafqaz, ondan Şərqdə və Qərbdə yerləşən ölkələr sabit dövlətlərdir. Xüsusilə də Qarabağ münaqişəsi başa çatandan sonra sabitlik, təhlükəsizlik və inkişaf üçün perspektivlər daha aydın və genişdir. Əlbəttə ki, bu, bağlılıq layihələrinin təşviqi baxımından mühüm amildir. İkinci amil qonşularla xoş münasibətlərdir. Bu olmadığı təqdirdə ölkə tranzit ölkə ola bilməz. Bütün bunlara nail olmaq üçün isə, sabitlik və təhlükəsizlik mühiti əsas şərtdir. Cənubi Qafqaz əsrlər boyu qan tökülməsi, toqquşma, işğal məkanı olmuşdur ki, Qafqaz xalqları bundan çox əziyyət çəkiblər. Ona görə də bundan sonra xalqlarımız artıq sülh şəraitində yaşamalı, ölkələrimiz bütün istiqamətlərdə inkişaf etməlidirlər.

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:200
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 İyul 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see553

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see398

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see368

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see314

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see305

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see297

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see275

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see271

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see270

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see247

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see247

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see246

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see228

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see224

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see224

8 Noyabr Zəfər Günü: dondurulmuş münaqişədən tarixi Qələbəyə ŞƏRH

04 Noyabr 2026 17:14see217

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see214

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see205

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see199

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri