Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq. "Martın 28-də Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 106-cı ildönümü
Bu əlamətdar tarix ərəfəsində ölkəmizin təhlükəsizlik sistemində çalışan bütün əməkdaşları səmimi-qəlbdən təbrik edir, onlara Vətənə sədaqət
Bu sözləri Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı "Cebheinfo.az"-a açıqlamasında deyib.
O bildirib ki, milli təhlükəsizlik orqanları dövlətçiliyimizin, milli maraqlarımızın və ictimai-siyasi sabitliyin təmin edilməsində mühüm rola malikdir: "1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən bu orqanların əsasının qoyulması ilə dövlətimizin təhlükəsizlik sisteminin təməli atılıb, sonrakı dövrlərdə bu sahədə mühüm mərhələlər yaşanıb.
Ümummilli lider Heydər Əliyevin milli təhlükəsizlik sisteminin inkişafında müstəsna rolu olub.
Məhz onun rəhbərliyi və təşəbbüsü ilə bu sahədə islahatlar aparılıb, peşəkar kadr potensialı formalaşdırılmış, vətənpərvər, hazırlıqlı və güclü təhlükəsizlik orqanları yaradılıb".
Millət vəkili vurğulayıb ki, Heydər Əliyev hələ sovet dönəmində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin rəhbəri olduğu illərdə təhlükəsizlik sistemində milli maraqlarımıza uyğun ciddi dəyişikliklərə imza atıb: "Ulu Öndər ölkəmizin təhlükəsizlik strukturunda milli kadrların mövqeyini gücləndirib.
Müstəqillik dövründə isə o, milli təhlükəsizlik sisteminin möhkəmləndirilməsini dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirib".