Azərbaycanın milli təhlükəsizliyi: Dövlət siyasətinin əsas istiqamətidir
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
"Martın 28-də Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 106-cı ildönümü tamam olur. Bu əlamətdar tarix ərəfəsində ölkəmizin təhlükəsizlik sistemində çalışan bütün əməkdaşları səmimi-qəlbdən təbrik edir, onlara Vətənə sədaqətlə xidmət yolunda uğurlar arzulayıram".
Bu sözləri Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı "Cebheinfo.az"-a açıqlamasında deyib.
O bildirib ki, milli təhlükəsizlik orqanları dövlətçiliyimizin, milli maraqlarımızın və ictimai-siyasi sabitliyin təmin edilməsində mühüm rola malikdir:
"1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən bu orqanların əsasının qoyulması ilə dövlətimizin təhlükəsizlik sisteminin təməli atılıb, sonrakı dövrlərdə bu sahədə mühüm mərhələlər yaşanıb.
Ümummilli lider Heydər Əliyevin milli təhlükəsizlik sisteminin inkişafında müstəsna rolu olub. Məhz onun rəhbərliyi və təşəbbüsü ilə bu sahədə islahatlar aparılıb, peşəkar kadr potensialı formalaşdırılmış, vətənpərvər, hazırlıqlı və güclü təhlükəsizlik orqanları yaradılıb".
Millət vəkili vurğulayıb ki, Heydər Əliyev hələ sovet dönəmində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin rəhbəri olduğu illərdə təhlükəsizlik sistemində milli maraqlarımıza uyğun ciddi dəyişikliklərə imza atıb:
"Ulu Öndər ölkəmizin təhlükəsizlik strukturunda milli kadrların mövqeyini gücləndirib. Müstəqillik dövründə isə o, milli təhlükəsizlik sisteminin möhkəmləndirilməsini dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirib".
Deputat qeyd edib ki, bu gün müstəqil Azərbaycanın təhlükəsizlik orqanları möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir çağırışlara uyğun şəkildə fəaliyyət göstərərək ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və ictimai-siyasi sabitliyini qorumaqda əvəzsiz rol oynayır:
"Onların göstərdiyi xidmətlər xalqımız tərəfindən yüksək qiymətləndirilir və daim rəğbətlə qarşılanır. Bu münasibətlə milli təhlükəsizlik orqanlarında çalışan bütün əməkdaşlara çətin, lakin şərəfli xidmətlərində möhkəm cansağlığı, uğurlar və yeni-yeni nailiyyətlər diləyirəm".
Elmir Mustafa
"Cebheinfo.az"
Açar sözlər: Azərbaycan Milli Təhlükəsizlik Orqanları Deputat Millət vəkili Günay Ağamalı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 25 Mart 2025 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















