Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 26 dekabr, AZƏRTAC
Azərbaycanın qadın FIFA referisi Fəridə Lütfəliyevanın gələn ilin yanvarında Türkiyənin Antalya şəhərində təşkil olunacaq təlim-məşq toplanışından kənarda qalmasının səbəbi bəlli olub.
AZƏRTAC xəbər verir ki, 36 yaşlı hakim Misli Premyer Liqasının oyunlarına təyinat almadığı üçün hazırlıq prosesində iştirak etməyəcək.
F.Lütfəliyevanın adı AFFA-nın bu ilin may ayında təsdiqlədiyi Elit Kateqoriyada olmadığı üçün o, yüksək liqanın matçlarını idarə edə bilmirr. Milli assosiasiyanın təşkil edəcəyi təlim-məşq toplanışı isə yalnız Misli Premyer Liqasının oyunlarına təyinat alan baş hakim və onların köməkçiləri üçün nəzərdə tutulub.
Qeyd edək ki, hakimlərin təlim-məşq toplanışı yanvarın 6-dan 12-dək davam edəcək.