Azərbaycanın qadın FIFA referisinin Antalyadakı toplanışa aparılmamasının səbəbi bəlli olub AZƏRTAC
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 26 dekabr, AZƏRTAC
Azərbaycanın qadın FIFA referisi Fəridə Lütfəliyevanın gələn ilin yanvarında Türkiyənin Antalya şəhərində təşkil olunacaq təlim-məşq toplanışından kənarda qalmasının səbəbi bəlli olub.
AZƏRTAC xəbər verir ki, 36 yaşlı hakim Misli Premyer Liqasının oyunlarına təyinat almadığı üçün hazırlıq prosesində iştirak etməyəcək.
F.Lütfəliyevanın adı AFFA-nın bu ilin may ayında təsdiqlədiyi Elit Kateqoriyada olmadığı üçün o, yüksək liqanın matçlarını idarə edə bilmirr. Milli assosiasiyanın təşkil edəcəyi təlim-məşq toplanışı isə yalnız Misli Premyer Liqasının oyunlarına təyinat alan baş hakim və onların köməkçiləri üçün nəzərdə tutulub.
Qeyd edək ki, hakimlərin təlim-məşq toplanışı yanvarın 6-dan 12-dək davam edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 26 Dekabr 2024 18:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















