Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi | Icma.az
Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanı qlobal dialoq məkanı kimi səciyyələndirmək mümkündür.
Son illərdə ölkəmizin bir sıra beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi bu qənaəti möhkəmləndirir.
2024-cü ildə respublikamızda BMT-nin ən mühüm və ən böyük tədbirlərindən biri olan iqlim konfransı - COP29 böyük uğurla baş tutdu.
Cari ildə isə ölkəmizdə daha bir mötəbər beynəlxalq tədbirin keçirilməsi gözlənilir.
Söhbət 2026-cı il 17-22 may tarixində Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasından (WUF13) gedir.
Bu günlərdə beynəlxalq tədbirin keçirilməsinə hazırlıq üzrə daha bir uğura imza atılıb.
Belə ki, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təmsil olunan BMT və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təmsil olunan Azərbaycan Hökuməti arasında WUF13 ilə bağlı bütün təşkilati məsələləri ehtiva edən mühüm saziş imzalanıb.
Tam oxu
Xəbəri oxu