Icma.az
close
up
RU
Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanı qlobal dialoq məkanı kimi səciyyələndirmək mümkündür. Son illərdə ölkəmizin bir sıra beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi bu qənaəti möhkəmləndirir. 2024-cü ildə respublikamızda BMT-nin ən mühüm və ən böyük tədbirlərindən biri olan iqlim konfransı - COP29 böyük uğurla baş tutdu. Cari ildə isə ölkəmizdə daha bir mötəbər beynəlxalq tədbirin keçirilməsi gözlənilir.  Söhbət 2026-cı il 17-22 may tarixində Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasından (WUF13) gedir.

Bu günlərdə beynəlxalq tədbirin keçirilməsinə hazırlıq üzrə daha bir uğura imza atılıb. Belə ki, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təmsil olunan BMT və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təmsil olunan Azərbaycan Hökuməti arasında WUF13 ilə bağlı bütün təşkilati məsələləri ehtiva edən mühüm saziş imzalanıb.

Dünyada ölkəmizə artan inam

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi hüququnun Azərbaycana verilməsi təsadüfi deyil. Beynəlxalq birliyin ölkəmizə, onun Lideri İlham Əliyevə dərin inamı bu seçimi şərtləndirən ən mühüm amildir. İndiki dönəmdə hansısa bir ölkəni dünya birliyi üçün cəlbedici edən cəhətlərdən ən önəmlisi onun beynəlxalq imicidir. Bu kontekstdən çıxış edən beynəlxalq təşkilatlar öz tədbirlərini keçirərkən ölkənin imkan və resursları ilə yanaşı, qlobal miqyasdada mövqelərini də nəzərə alırlar. Azərbaycan özünün ardıcıl və multiregional səciyyə daşıyan xarici siyasətində bir qayda olaraq xoş mərama əsaslanır. Ölkəmiz hər zaman qlobal çağırışlar qarşısında beynəlxalq həmrəyliyin gücləndirilməsi təşəbbüslərindən çıxış edir və ilk növbədə özünün verdiyi töhfələrlə bu təşəbbüslərin reallaşmasına nail olur.

Eyni zamanda, dünya  birliyinin inamı Azərbaycanın beynəlxalq səviyyəli tədbirlərin keçirilməsində qazandığı zəngin təcrübədən qaynaqlanır. Azərbaycan belə tədbirləri bir qayda olaraq yüksək standartlar səviyyəsində təşkil edir və bu standartlar sonradan bütün dünyada nümunə kimi qəbul olunur.

Ölkəmizin şəhərsalma təcrübəsi beynəlxalq müstəvidə

BMT-nin müvafiq tədbirinə ev sahibliyi hüququnun ölkəmizə verilməsini şərtləndirən digər bir mühüm amil isə Azərbaycanın şəhərsalma, xüsusilə də işğaldan zərər çəkmiş ərazilərdə yaşayış məntəqələrinin bərpası sahəsində qazandığı təcrübəyə beynəlxalq səviyyədə marağın artmasıdır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Cenevrədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 35-ci Yüksək Səviyyəli Toplantısı çərçivəsində dövrümüzün ən aktual çağırışlarından biri olan qlobal mənzil böhranının həllinə dair birgə yanaşmalara həsr olunmuş panel müzakirəsində Azərbaycanın təcrübəsinə diqqət çəkib. Komitə sədri respublikamızın əlçatan mənzil sahəsində əldə etdiyi təcrübəni, həmçinin “Yenidən və daha yaxşı qur” prinsipi əsasında Qarabağ və Şərqi Zəngəzur ərazilərində həyata keçirilən yenidənqurma işlərini və əhalinin doğma torpaqlara qayıdışını təmin edən transformativ yanaşmaları iştirakçılarla bölüşüb.

Ötən ilin əvvəlində təqdim olunan Bakı şəhərinin Baş Planı ölkəmizin müasir şəhərsalma çağırışlarına yanaşmasını aydın şəkildə nümayiş etdirir. Bakı şəhərinin 2040-cı ilə qədərki dövrdə inkişafına dair Baş Planında bir sıra mühüm prinsiplər əsas götürülüb. Sənəd yaxın illər ərzində Bakı şəhərinin strateji inkişaf istiqamətlərini müəyyən edən əsas ərazi-planlaşdırma sənədidir. Baş Plan ərazi zonalaşdırılması, əsaslı tikinti, nəqliyyat və sosial infrastruktur, kommunal sistemlər, eyni zamanda ərazilərin abadlaşdırılması tədbirləri, habelə post-sənaye dövrünə keçidi təmin edəcək yeni şəhər iqtisadiyyatı məsələlərini özündə ehtiva edir. Bütövlükdə, 4 vacib hədəfə əsaslanan Baş Plan paytaxtın 212,3 min hektarlıq bütün inzibati ərazisini əhatə etməklə 2040-cı ilədək olan müddət ərzində paytaxtın əsas inkişaf perspektivlərini müəyyənləşdirir.

Bu gün həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə reallaşdırdığı bərpa modelini fəxrlə təqdim etmək mümkündür. Bu model dayanıqlılıq, ərazi reinteqrasiyası və insanyönümlü inkişaf prinsiplərinə əsaslanır. Qarabağ və Şərqi Zəngəzurdakı şəhər və kənd icmaları üçün kompleks Baş planlar hazırlanıb və həyata keçirilir. Bu planlar sadəcə texniki sənədlər deyil - həyatların yenidən qurulması üçün yol xəritəsidir. Regionun ümumi planlaşdırılması başa çatıb. 13,6 min kvadratkilometr ərazini əhatə edən bu plan əsasında 1,1 milyon nəfərdən çox insanın doğma şəhər və kəndlərində məskunlaşması üçün yenidənqurma işləri icra olunur.

WUF13-ə hazırlıq prosesində praktiki mərhələyə keçid

Cenevrədə bəhs olunan sazişin imzalanması 17-22 may 2026-cı il tarixlərində Bakıda “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda keçiriləcək WUF13-ə hazırlıq prosesində mühüm mərhələni ifadə edir. Sözügedən sənəd 2023-cü ilin dekabrında imzalanmış ev sahibliyinə dair Sazişin məntiqi davamı olmaqla, tədbirin hazırlanmasını praktiki mərhələyə keçirir.

Tədbirdə UN-Habitat və Azərbaycan arasında səmərəli əməkdaşlıq qurulduğuna xüsusi diqqət çəkilib. İndiyədək Qarabağ və Şərqi Zəngəzur bölgələrində 3 Milli Şəhərsalma Forumunun təşkili, eləcə də Ümumdünya Məskunlaşma Günü münasibətilə 2023-cü ildə Bakıda keçirilmiş tədbirlər bunun əyani təsdiqidir.

A.Quliyev bildirib ki, bu gün Azərbaycanın insan mərkəzli ağıllı şəhərlər üzrə beynəlxalq təlimatların hazırlanmasına dair Qlobal Ekspert İşçi Qrupunda iştirakı və “Hər kəs üçün münasib mənzil” qətnaməsi üzrə Hökumətlərarası İşçi Qrupunda həmsədrlik etməsi vasitəsilə qlobal şəhərsalma gündəliyinin formalaşmasına fəal töhfə verir. “UN-Habitat ilə tərəfdaşlığımızın ardıcıl şəkildə inkişaf etdirilməsinə möhkəm zəmin yaradacaq və dayanıqlı, inklüziv və insanyönümlü şəhərlərin təşviqinə töhfə verəcək”,  - deyə komitə sədri vurğulayıb.

UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax mühüm toplantıya ev sahibliyi hüququnu öz üzərinə götürdüyünə görə Azərbaycan hökumətinə təşəkkür edib. Ölkəmizin rolunu xüsusi vurğulayan icraçı direktor “Azərbaycanın liderliyi və tərəfdaşlığı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq prosesinin mərkəzində dayanır və biz bu davamlı əməkdaşlığa görə öz minnətdarlığımızı bildiririk. Biz, təqribən 3 milyard insanı, o cümlədən qeyri-rəsmi yaşayış məntəqələrində yaşayan 1,1 milyard insana təsir edən qlobal mənzil böhranını birlikdə həll etməliyik”, - deyə bildirib.

Mübariz ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:414
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Yanvar 2026 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see423

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see300

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see293

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see284

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see274

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see257

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see241

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see233

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see206

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see173

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri