Azərbaycanın qlobal xarici siyasətində dörd zirvənin strateji əhəmiyyəti ŞƏRH OLUNDU | Icm…
Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Azərbaycanın xarici siyasəti milli maraqlara, müstəqilliyin qorunmasına və beynəlxalq əməkdaşlığa əsaslanan praqmatik prinsiplər üzərində qurulub.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi bu siyasətin əsas prioritetləri suverenliyin qorunması, milli təhlükəsizliyin təmin edilməsi, regional sülh və sabitliyin möhkəmləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, enerji və nəqliyyat diplomatiyası vasitəsilə Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasının dərinləşdirilməsidir.
Bu strategiyanın mərkəzində Azərbaycanı həm regionda, həm də qlobal miqyasda etibarlı tərəfdaş kimi formalaşdırmaq məqsədi dayanır”.
Bu sözləri SİA-ya açıqlamasında YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev deyib.
O bildirib ki, son illərdə Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl uğurlu xarici siyasət nəticəsində Azərbaycan regional və beynəlxalq münasibətlər sistemində özünəməxsus, müstəqil, balanslı və praqmatik mövqe qazanmışdır: “Ölkəmizin beynəlxalq təşkilatlarla əməkdaşlığı genişlənmiş, strateji tərəfdaşlıq münasibətləri formalaşmış, enerji, nəqliyyat, təhlükəsizlik, humanitar sahələrdə mühüm nailiyyətlər əldə olunmuşdur.
Azərbaycanın təşəbbüskarı olduğu layihələr – Bakı–Tbilisi–Ceyhan, Cənub Qaz Dəhlizi, Orta Dəhliz, Zəngəzur dəhlizi layihəsi və digərləri – təkcə iqtisadi deyil, həm dəsiyasi anlamda ölkəmizi regionun aparıcı gücünə çevirmişdir.
Prezident İlham Əliyevin xarici siyasət fəlsəfəsi milli maraqların qorunması ilə beynəlxalq əməkdaşlığın sintezini təmin edir.
Tam oxu
Xəbəri oxu