Icma.az
close
up
RU
Azərbaycanın qlobal xarici siyasətində dörd zirvənin strateji əhəmiyyəti ŞƏRH OLUNDU

Azərbaycanın qlobal xarici siyasətində dörd zirvənin strateji əhəmiyyəti ŞƏRH OLUNDU

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Azərbaycanın xarici siyasəti milli maraqlara, müstəqilliyin qorunmasına və beynəlxalq əməkdaşlığa əsaslanan praqmatik prinsiplər üzərində qurulub. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi bu siyasətin əsas prioritetləri suverenliyin qorunması, milli təhlükəsizliyin təmin edilməsi, regional sülh və sabitliyin möhkəmləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, enerji və nəqliyyat diplomatiyası vasitəsilə Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasının dərinləşdirilməsidir. Bu strategiyanın mərkəzində Azərbaycanı həm regionda, həm də qlobal miqyasda etibarlı tərəfdaş kimi formalaşdırmaq məqsədi dayanır”. Bu sözləri SİA-ya açıqlamasında YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev deyib.

O bildirib ki, son illərdə Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl uğurlu xarici siyasət nəticəsində Azərbaycan regional və beynəlxalq münasibətlər sistemində özünəməxsus, müstəqil, balanslı və praqmatik mövqe qazanmışdır: “Ölkəmizin beynəlxalq təşkilatlarla əməkdaşlığı genişlənmiş, strateji tərəfdaşlıq münasibətləri formalaşmış, enerji, nəqliyyat, təhlükəsizlik, humanitar sahələrdə mühüm nailiyyətlər əldə olunmuşdur. Azərbaycanın təşəbbüskarı olduğu layihələr – Bakı–Tbilisi–Ceyhan, Cənub Qaz Dəhlizi, Orta Dəhliz, Zəngəzur dəhlizi layihəsi və digərləri – təkcə iqtisadi deyil, həm dəsiyasi anlamda ölkəmizi regionun aparıcı gücünə çevirmişdir.

Prezident İlham Əliyevin xarici siyasət fəlsəfəsi milli maraqların qorunması ilə beynəlxalq əməkdaşlığın sintezini təmin edir. Onun diplomatik fəaliyyətində sülh, qarşılıqlı hörmət, beynəlxalq hüquqa sadiqlik və ədalətli münasibətlər əsas xətt kimi çıxış edir. Bu siyasət nəticəsində Azərbaycan balanslaşdırılmış şəkildə həm Qərb, həm də Şərq dövlətləri ilə qarşılıqlı etimada əsaslanan münasibət lərqurmuş, BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatıvə bu kimi qurumlarda fəal və hörmətli mövqe qazanmışdır.

Məhz bu uğurlu və çoxvektorlu siyasətin davamı kimi 15 gün ərzində Prezident İlham Əliyevin Nyu-York, Kopenhagen, Qəbələ və Şarm əl-Şeyx şəhərlərində keçirilmiş dörd böyük beynəlxalq platformada iştirakı Azərbaycanın beynəlxalq nüfuzunun və diplomatik çevikliyinin yeni mərhələyə keçdiyini göstərdi. Bu zirvələr bir-biri ilə məntiqi zəncir kimi bağlı olub, Azərbaycanın müasir xarici siyasət prioritetlərinin konkret təzahür formalarına çevrildi.

Sentyabrın 25-də BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq hüquqa sadiqliyini, regionda sülhün və inkişafın təşəbbüskarı kimi rolunu bir daha dünyaya nümayiş etdirdi. Bu çıxış həm dəAzərbaycanın 44 günlük Zəfərdən sonra formalaşdırdığı yeni reallıqların beynəlxalq səviyyədə təqdimatı idi. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra regionda dayanıqlı sülhə nail olmaq, Cənubi Qafqazı əməkdaşlıq və təhlükəsizlik məkanına çevirmək niyyətindədir. Bu mesajlar Azərbaycanın diplomatiyasında sülhün və sabitliyin prioritet mövqe tutduğunu sübut etdi. Eyni zamanda çıxışda enerji, nəqliyyat, ekoloji və iqtisadi məsələlərə toxunulması Azərbaycanın qlobal çağırışlara cavab verən, bəşəri dəyərləri önə çəkən bir dövlət olduğunu göstərdi.

Oktybarın 2-də Danimarkada keçirilən Avropa Siyasi Birliyinin 7-ci Zirvə toplantısında Prezident İlham Əliyevin iştirakı Azərbaycanın Avropa ilə əlaqələrinin möhkəmlənməsində mühüm addım oldu. Avropa qitəsində təhlükəsizlik, enerji və sabitlik məsələlərinin müzakirə olunduğu bir vaxtda Azərbaycan bu dialoqun mərkəzində idi. Prezident İlham Əliyev bu platformada Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələri diqqətə çatdırdı, regionda sabitliyin təmin olunmasının Avropa üçün də strateji əhəmiyyət daşıdığını vurğuladı. Danimarkadakı görüşlər zamanı Prezident İlham Əliyevin Avropa liderləri ilə apardığı danışıqlar Azərbaycanın etibarlı, məsuliyyətli və müstəqil tərəfdaş kimi qəbul olunduğunu bir daha sübut etdi. Bu, həm də Azərbaycanın enerji diplomatiyasının uğurlu təzahürü idi. Avropanın alternativ enerji mənbələrinə olan ehtiyacının artdığı bir dövrdə Azərbaycan bu sahədə strateji əhəmiyyətli oyunçuya çevrilib.

Oktybarın 7-də Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü isə Azərbaycan diplomatiyasının milli-mədəni istiqamətini və türk dünyasında artan liderliyini göstərdi. Bu tədbir təkcə təşkilati zirvə deyil, həm dətürk birliyinin siyasi, iqtisadi və mənəvi baxımdan dərinləşdirilməsi üçün mühüm platforma idi. İlham Əliyevin Qəbələdə səsləndirdiyi fikirlər – türk dövlətlərinin birliyinin gücləndirilməsi, ortaq layihələrin inkişafı, müdafiə və iqtisadi inteqrasiyanın genişləndirilməsi – Azərbaycanın türk coğrafiyasındakı nüfuzunun artmasına xidmət etdi. Bu zirvə həm dəAzərbaycanın Qərb və Şərq arasında strateji körpü rolunu bir daha nümayiş etdirdi. Qəbələnin ev sahibliyi etdiyi belə bir tədbir Azərbaycanın həm siyasi, həm də mədəni liderlik statusunu təsdiqlədi.

Oktyabrın 13-də Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Yaxın Şərq Sülh Sammiti isə Prezident İlham Əliyevin qlobal diplomatiyadakı çevikliyini və uzaqgörənliyini nümayiş etdirdi. Qəzza və Orta Şərqdə baş verən hadisələr bütün dünyanın diqqət mərkəzində olduğu bir vaxtda Azərbaycanın sülh təşəbbüslərinə dəvət alması ölkəmizin beynəlxalq miqyasda etimad qazandığını göstərir. Prezident İlham Əliyevin bu sammitdə iştirakı– humanitar dəyərlərin qorunması, beynəlxalq hüququn aliliyinə hörmət və sülhün bərpası yönündə çağırışlar ilə müşayiət olunmaqla Azərbaycanın humanist və balanslı diplomatiyasının bariz nümunəsi idi. Bu sammitdə iştirak AzərbaycanıYaxın Şərqdə sülh və sabitliyin dəstəkləyicisi kimi təqdim etdi, eyni zamanda ölkəmizin beynəlxalq etibarını artırdı.

15 gündə keçirilmiş bu dörd zirvə toplantısında Prezident İlham Əliyevin iştirakı və çıxışları Azərbaycanın uğurlu xarici siyasət fəlsəfəsinin praktiki reallaşması kimi qiymətləndirilməlidir. Bu iştiraklar və çıxışlar Azərbaycanın beynəlxalq gündəmdə aktiv oyunçuya çevrildiyini, müxtəlif regionlarda – Avropada, Asiyada, Yaxın Şərqdə və türk dünyasında – paralel diplomatik xətt yürütmək gücünə malik olduğunu sübut etdi. Hər bir sammitdə səslənən mesajlar ümumi bir ideyaya xidmət edirdi: Azərbaycanın suveren, etibarlı, sülhsevər və inkişaf yönümlü dövlət kimi beynəlxalq sistemdə öz yerini möhkəmləndirmək.

Prezident İlham Əliyevin diplomatik fəallığı təkcə ölkənin beynəlxalq nüfuzunu artırmır, həm də daxili sabitlik və iqtisadi yüksəliş üçün əlverişli şərait yaradır. Çünki xarici siyasət uğurları iqtisadi investisiyaların artmasına, beynəlxalq əməkdaşlığın güclənməsinə və milli maraqların qlobal səviyyədə qorunmasına xidmət edir. Azərbaycanın bu istiqamətdə əldə etdiyi nailiyyətlər, Prezident İlham Əliyevin fəal diplomatiyası sayəsində ölkəmizin beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş imici daha da möhkəmlənmişdir.

Qeyd etmək lazımdır ki, 15 günün diplomatik panoraması Azərbaycanın xarici siyasət prioritetlərinin uğurlu tətbiqinin bariz nümunəsidir. Prezident İlham Əliyevin BMT, Avropa Siyasi Birliyi, Türk Dövlətləri Təşkilatı və Sülh Sammiti kimi dörd mühüm beynəlxalq platformada iştirakı Azərbaycanın çoxvektorlu diplomatiyasını, qlobal məsuliyyətini vəsülh yönümlü siyasətini parlaq şəkildə nümayiş etdirdi. Bu zirvələr bir daha sübut etdi ki, Azərbaycan artıq yalnız regional deyil, beynəlxalq miqyasda da sülh, təhlükəsizlik və inkişafın təminatçısı olan nüfuzlu dövlətdir. Prezident İlham Əliyevin uzaqgörən, milli maraqlara söykənən və beynəlxalq prinsiplərlə uzlaşan siyasəti Azərbaycanın gələcək illərdə də qlobal arenada daha güclü və nüfuzlu mövqe tutacağının təminatıdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 Oktyabr 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri