Azərbaycanın səkkiz rayon və bir şəhərində əməkhaqqı azalıb Siyahı

10.06.2025

Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Bu ilin yanvar-mart aylarında Azərbaycanda qeyri-dövlət sektorunda (özəl sektor) muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 1 115,6 manat təşkil edib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, özəl sektorda ən yüksək əməkhaqqını Səbail rayonunda işləyənlər alıb.
Belə ki, bu rayonda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2 560,6 manat olub.
Ən aşağı orta aylıq əməkhaqqı isə Yardımlı rayonunda qeydə alınıb. Yardımlıda özəl sektorda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 430 manat təşkil edib.
Onu da bildirək ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 3 ayında 9 şəhər və rayonda – Xocalı (46,9%), Xocavənd (15,1%), Şuşa (7%), Şabran (3,8%), Xətai (2,9%), Səbail (1,8%), Suraxanı (0,6%), və Goranboy (1,3%) rayonları ilə Xankəndi şəhərində (24,1%) orta aylıq nominal əməkhaqqı azalıb.
Elnur Əli
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью