Azərbaycanın səkkiz rayon və bir şəhərində əməkhaqqı azalıb Siyahı
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu ilin yanvar-mart aylarında Azərbaycanda qeyri-dövlət sektorunda (özəl sektor) muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 1 115,6 manat təşkil edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, özəl sektorda ən yüksək əməkhaqqını Səbail rayonunda işləyənlər alıb.
Belə ki, bu rayonda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2 560,6 manat olub.
Ən aşağı orta aylıq əməkhaqqı isə Yardımlı rayonunda qeydə alınıb. Yardımlıda özəl sektorda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 430 manat təşkil edib.
Onu da bildirək ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 3 ayında 9 şəhər və rayonda – Xocalı (46,9%), Xocavənd (15,1%), Şuşa (7%), Şabran (3,8%), Xətai (2,9%), Səbail (1,8%), Suraxanı (0,6%), və Goranboy (1,3%) rayonları ilə Xankəndi şəhərində (24,1%) orta aylıq nominal əməkhaqqı azalıb.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Avropada və Azərbaycanda minimum əməkhaqqı nə qədərdir? Siyahı
08 Sentyabr 2025 12:40
Əməkhaqqı sahələr üzrə nə qədər artıb? Siyahı
19 Mart 2025 12:11
Azərbaycanda ən yüksək əməkhaqqı hansı sahələrdədir? siyahı
17 Dekabr 2024 23:07
Azərbaycanda hansı sahələrdə nə qədər əməkhaqqı verilir? Siyahı
15 Oktyabr 2025 11:51
Avropa ölkələrində minimum əməkhaqqı nə qədərdir? Tam siyahı
24 Fevral 2025 13:39
Baxış sayı:122
Bu xəbər 10 İyun 2025 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















