Azərbaycanın ŞƏT ə üzvlüyünə Rusiya da mane olub | Icma.az
Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Elçin MirzəbəyliŞanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25-ci Zirvə toplantısında Azərbaycanın tamhüquqlu üzvlük məsələsinin müzakirəyə çıxarılmaması ətrafında ortaya çıxan məlumatlar prosesin arxasında ciddi geosiyasi hesablamaların dayandığını göstərir.
Reyting.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elçin Mirzəbəyli bildirib.Onun sözlərinə görə, öncə Azərbaycanın müraciətinin Hindistan tərəfindən bloklandığına dair informasiyalar önə çıxsa da, etibarlı mənbələrdən əldə edilən məlumatlar və proseslərin gedişatının təhlili Moskvanın bu prosesdə əsas rol oynadığını təsdiqləyir.Elçin Mirzəbəyli xatırladıb ki, eyni yanaşma Azərbaycanın BRİKS-ə üzvlük müraciətinə münasibətdə də müşahidə olunmuşdu: “Bu vəziyyət, əslində, Rusiyanın həm Cənubi Qafqaz, həm də Avrasiya məkanında öz təsir dairəsini qorumaq üçün atdığı məqsədyönlü addımların tərkib hissəsi kimi qiymətləndirilə bilər.Məlum olduğu kimi, Azərbaycanın xarici siyasət kursu çoxvektorluq prinsipi üzərində qurulub və bu, son illərdə daha da sistemli xarakter alıb.
Bakı Qərblə enerji və təhlükəsizlik sahəsində əməkdaşlığı davam etdirməklə yanaşı, Çinlə “Bir Kəmər, Bir Yol” layihəsi çərçivəsində inteqrasiyanı gücləndirir, eyni zamanda Türkiyə ilə strateji müttəfiqlik əsasında regional və qlobal platformalarda daha dərin və sistemli vahid mövqe formalaşdırır.
Şübhəsiz ki, Azərbaycanın BRİKS və ŞƏT-ə üzvlüyü bu siyasətin məntiqi davamı olaraq yeni iqtisadi və siyasi imkanlar aça bilər.
Lakin Moskva bu perspektivi özü üçün strateji risk kimi qiymətləndirir.
Çünki Azərbaycanın xarici siyasətinin daha çevik olduğunu nəzərə alsaq, Bakının bu yolla Moskvadan daha müstəqil mövqeyə sahib olmaq imkanları kifayət qədər ciddi təsir bağışlayır”.E.
Mirzəbəyli əlavə edib ki, Azərbaycanla yanaşı, Türkiyənin də ŞƏT-də dialoq tərəfdaşı olması və Ankaranın da 2024-cü ildə BRİKS-ə üzvlük üçün rəsmi müraciət etməsi, şübhəsiz ki, Kremlin narahatlığını artıran məqamlar kimi qəbul oluna bilər: “Moskvanı qıcıqlandıran faktorlardan biri də, “bir millət, iki dövlət” prinsipindən çıxış edən Azərbaycan və Türkiyənin ŞƏT və BRİKS-ə üzv olmasnın, bütövlükdə türk dünyasının təsir gücünü əhəmiyyətli dərəcədə artıra biləcəyi perspektividir.
Tam oxu
Xəbəri oxu