Icma.az
close
up
RU
Azərbaycanın ŞƏT ə üzvlüyünə Rusiya da mane olub

Azərbaycanın ŞƏT ə üzvlüyünə Rusiya da mane olub

Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Elçin Mirzəbəyli
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25-ci Zirvə toplantısında Azərbaycanın tamhüquqlu üzvlük məsələsinin müzakirəyə çıxarılmaması ətrafında ortaya çıxan məlumatlar prosesin arxasında ciddi geosiyasi hesablamaların dayandığını göstərir.
Reyting.az
xəbər verir ki, bunu Milli Məclisin deputatı Elçin Mirzəbəyli bildirib.
Onun sözlərinə görə, öncə Azərbaycanın müraciətinin Hindistan tərəfindən bloklandığına dair informasiyalar önə çıxsa da, etibarlı mənbələrdən əldə edilən məlumatlar və proseslərin gedişatının təhlili Moskvanın bu prosesdə əsas rol oynadığını təsdiqləyir.
Elçin Mirzəbəyli xatırladıb ki, eyni yanaşma Azərbaycanın BRİKS-ə üzvlük müraciətinə münasibətdə də müşahidə olunmuşdu: “Bu vəziyyət, əslində, Rusiyanın həm Cənubi Qafqaz, həm də Avrasiya məkanında öz təsir dairəsini qorumaq üçün atdığı məqsədyönlü addımların tərkib hissəsi kimi qiymətləndirilə bilər.
Məlum olduğu kimi, Azərbaycanın xarici siyasət kursu çoxvektorluq prinsipi üzərində qurulub və bu, son illərdə daha da sistemli xarakter alıb. Bakı Qərblə enerji və təhlükəsizlik sahəsində əməkdaşlığı davam etdirməklə yanaşı, Çinlə “Bir Kəmər, Bir Yol” layihəsi çərçivəsində inteqrasiyanı gücləndirir, eyni zamanda Türkiyə ilə strateji müttəfiqlik əsasında regional və qlobal platformalarda daha dərin və sistemli vahid mövqe formalaşdırır. Şübhəsiz ki, Azərbaycanın BRİKS və ŞƏT-ə üzvlüyü bu siyasətin məntiqi davamı olaraq yeni iqtisadi və siyasi imkanlar aça bilər. Lakin Moskva bu perspektivi özü üçün strateji risk kimi qiymətləndirir. Çünki Azərbaycanın xarici siyasətinin daha çevik olduğunu nəzərə alsaq, Bakının bu yolla Moskvadan daha müstəqil mövqeyə sahib olmaq imkanları kifayət qədər ciddi təsir bağışlayır”.
E. Mirzəbəyli əlavə edib ki, Azərbaycanla yanaşı, Türkiyənin də ŞƏT-də dialoq tərəfdaşı olması və Ankaranın da 2024-cü ildə BRİKS-ə üzvlük üçün rəsmi müraciət etməsi, şübhəsiz ki, Kremlin narahatlığını artıran məqamlar kimi qəbul oluna bilər: “Moskvanı qıcıqlandıran faktorlardan biri də, “bir millət, iki dövlət” prinsipindən çıxış edən Azərbaycan və Türkiyənin ŞƏT və BRİKS-ə üzv olmasnın, bütövlükdə türk dünyasının təsir gücünü əhəmiyyətli dərəcədə artıra biləcəyi perspektividir. Moskva, açıq şəkildə dilə gətirməsə də, uzunmüddətli perspektivdə türkdilli dövlətlərin ŞƏT və BRİKS kimi strukturlarda möhkəmlənməsini öz maraqları üçün təhlükə hesab edir”.
Milli Məclis üzvünün fikrincə, mövcud geosiyasi ziddiyyətlər kontekstində Çin faktoru da xüsusi diqqət tələb edir:
“Pekin Azərbaycanın ŞƏT-ə qəbulunu açıq şəkildə dəstəkləyir və Bakı ilə əməkdaşlığı “Bir Kəmər, Bir Yol” təşəbbüsünün mərkəzi halqası kimi qiymətləndirir. Azərbaycan həm Orta Dəhlizin inkişafı, həm də enerji infrastrukturunun diversifikasiyası baxımından Çin üçün mühüm tərəfdaşdır. Lakin Rusiya üçün bu, xoşagələn ssenari deyil. Moskva Azərbaycanın ŞƏT-ə üzvlüyünün qarşısını alaraq, əslində, Pekinə prosesində həlledici söz sahibi olduğu barədə strateji mesaj verir. Bu isə Rusiyanın özünü böyük güc statusunda saxlamaq cəhdinin təzahürü kimi şərh oluna bilər”.
E. Mirzəbəyli bildirib ki, Ermənistanın da ŞƏT-ə üzvlük üçün müraciət etməsi, lakin nəticəsiz qalması Kremlin başqa bir yanaşmasını üzə çıxarır:
“Rusiya Ermənistanın da İrəvana əlavə manevr imkanları tanıyacaq və gələcəkdə Azərbaycan və Türkiyə ilə regional işbirliyini dərinləşdirə biləcək platformalara daxil olmasında maraqlı deyil. Əksinə, Moskva Ermənistanın geosiyasi təcrid vəziyyətinə düşməsini və bütün alternativlərdən məhrum edilməsini məqsəd kimi qarşıya qoyub. Bu strategiyanın məntiqi ondan ibarətdir ki, Ermənistan çıxış yolları bağlanmış vəziyyətdə yalnız Moskvanın təmin etdiyi təhlükəsizlik və siyasi mexanizmlərə ümid edə bilsin.
Hindistanın mövqeyi isə həm Moskvanın strategiyasına dəstək verir, həm də ona “örtük” funksiyası qazandırır. Yeni Dehli Bakı ilə İslamabad arasındakı strateji müttəfiqliyə görə Azərbaycanın ŞƏT və BRİKS-də güclənməsini arzu etmir. Moskva bu amildən yararlanaraq bloklama məsuliyyətini formal olaraq Hindistan üzərinə yükləyir, özünü kölgədə saxlamağa çalışır, amma prosesin əsas təşəbbüskarı olaraq qalır.
Beləliklə, Azərbaycanın ŞƏT və BRİKS-ə qəbulunun qarşısının alınması Moskvanın çoxqatlı maraqlarının kəsişməsində dayanır. Burada bir tərəfdən Azərbaycanın çoxşaxəli siyasət yürütməsinin qarşısını almaq, digər tərəfdən türk dünyasının təsirini məhdudlaşdırmaq, eyni zamanda Çinin bölgədəki nüfuzunu balanslaşdırmaq və Ermənistanı tam təcrid vəziyyətinə salmaq kimi hədəflər paralel şəkildə özünü göstərir”.
Mirzəbəylinin qənaətincə, Moskvanın Azərbaycanın ŞƏT və BRİKS-ə üzvlüyünü əngəlləməyə çalışması yalnız qısamüddətli nəticə verə bilər:
“Rusiya bu prosesdə əsas maneə kimi çıxış etsə də, artıq bütün regional güc mərkəzləri Azərbaycanın bu platformalara daxil olmasını öz maraqlarına uyğun hesab edirlər. Moskva Bakının yolunu kəsdikcə, əslində, həm Çinin, həm də digər tərəfdaşların narazılığını artırır və özünü daha çox təcrid vəziyyətinə salır.
Şübhəsiz ki, prosesdə Çin amili həlledici xarakter daşıyır. Pekin “Bir Kəmər, Bir Yol” layihəsinin uğurunu “Orta Dəhliz”siz təsəvvür etmir və Azərbaycan bu dəhlizin əsas halqasıdır. Bu səbəbdən, çox güman ki, Çin uzun müddət Rusiyanın pərdəarxası oyunlarına göz yummayacaq.
Hindistanın mövqeyi formal örtük xarakteri daşıyır və məhz bu baxımdan, yekun nəticəni ifadə edəcək təhlil predmeti ola bilməz”.
Ermənistana gəldikdə, Mirzəbəyli əlavə edib ki, Moskva İrəvanın manevr imkanlarını artırmaq üçün alternativlər qazanmasının qarşısını almağa çalışır və bütün çıxış yollarını bağlayaraq Ermənistandan indikindən daha zəif və sözəbaxan aktor yaratmaq, daha doğrusu, bu ölkənin forpost statusunu bərpa etmək istəyir:
“Bütün bunlarla yanaşı, Azərbaycanın ŞƏT və BRİKS-ə tamhüquqlu üzvlüyü yaxın illərdə baş verə bilər. Region ölkələrinin Moskvanın təsirini azaltmaqda maraqlı olması bu prosesin sürətlənməsinə yol açır. Orta perspektivdə, yəni 2-3 il ərzində Azərbaycanın ŞƏT və BRİKS üzvlüyünün reallaşması ehtimalı yüksəkdir .
Bütövlükdə isə, Azərbaycanın bu təşkilatlara üzvlüyü qarşısıalınmaz prosesdir. Moskva yalnız zaman qazana bilər, amma strateji nəticəni dəyişdirmək imkanına malik deyil. Əksinə, hər dəfə süni maneələr yaratmaqla həm Çini, həm regional gücləri özündən uzaqlaşdırır və bölgədə tam təcrid olunmağa doğru sürüklənir”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://reyting.az
archiveBu xəbər 06 Sentyabr 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sertifikasiya qalmaqalı: bu dəfə texnologiya müəllimləri səhv aşkarladı

28 İyun 2026 12:14see2120

DÇ 2026: Messi ehtiyatda: İordaniya Argentina Heyətlər

28 İyun 2026 05:07see282

Bu yayın ən şanslıları onlardır

28 İyun 2026 01:46see271

Anomal istilər gəlirləri azaldır və yoxsulluq riskini artırır ARAŞDIRMA

28 İyun 2026 16:35see246

Anormal istilər Fransada kənd təsərrüfatına ciddi ziyan vurub

29 İyun 2026 00:57see239

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

28 İyun 2026 23:48see239

Almaniya məcburi hərbi xidməti nəzərdən keçirir

28 İyun 2026 01:40see231

Bağ evində əyləncələr qonşuların əsəblərini KONKRET

28 İyun 2026 22:45see230

DÇ 2026: Harri Keyndən yeni rekord

28 İyun 2026 06:32see230

Panama DÇ 2026 nı qolsuz başa vuran yeganə komanda olub

28 İyun 2026 03:25see226

Rafael Fiziyev nakautla qazandı, Nazim Sadıxov məğlub oldu UFC Fight Night turniri

27 İyun 2026 23:26see222

Duş kabin şüşələrini güzgü kimi parladan və ərpdən təmizləyən təbii üsul

28 İyun 2026 23:01see216

Meksika Ekvador: DÇ 2026 da daha bir 1/16 final cütü

28 İyun 2026 04:15see213

Şəhid atasının xatirələri: Emin uşaqlıqdan fərqli xarakterə malik idi

28 İyun 2026 17:41see207

“Əl Əhli” erməni futbolçunu 25 milyona aldı

29 İyun 2026 05:32see195

Vətən müharibəsi iştirakçısı Misir Qasımlıya Ukraynada HÖKM OXUNDU VİDEO

29 İyun 2026 02:29see185

Yevlax dəmir yolu vağzalında yük vaqonunda yanğın olub FOTOLENT

28 İyun 2026 19:20see182

Boçorişvili: Orta Dəhliz yeni bir geoiqtisadi məkandır

28 İyun 2026 22:43see175

Azərbaycan cüdoçuları Çexiyada üç medal qazanıblar

27 İyun 2026 22:11see175

Argentina möhtəşəm qolla hesabı açdı Yenilənir

28 İyun 2026 06:23see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri