Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə medal qazanıb

30.01.2025

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 30 yanvar, AZƏRTAC

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə Qətərin paytaxtı Doha şəhərində keçirilən “WTT Youth Contender Doha 2025” turnirində uğurla çıxış edib.

Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, U-15 kateqoriyasında mübarizə aparan Onur qrup oyunlarında Birləşmiş Ərəb Əmirlikləri və Türkmənistan idmançılarını üstələyərək, ilkin mərhələni lider kimi adlayıb. Ardınca o, Bəhreyn, Tailand və Malayziyadan olan rəqiblərinə də qalib gələrək finala yüksəlib. Gərgin mübarizə şəraitində keçən həlledici görüşdə İran təmsilçisinə 2:3 hesabı ilə uduzan stolüstü tennisçimiz yarışın gümüş mükafatına layiq görülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью