Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə medal qazanıb
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 30 yanvar, AZƏRTAC
Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə Qətərin paytaxtı Doha şəhərində keçirilən “WTT Youth Contender Doha 2025” turnirində uğurla çıxış edib.
Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, U-15 kateqoriyasında mübarizə aparan Onur qrup oyunlarında Birləşmiş Ərəb Əmirlikləri və Türkmənistan idmançılarını üstələyərək, ilkin mərhələni lider kimi adlayıb. Ardınca o, Bəhreyn, Tailand və Malayziyadan olan rəqiblərinə də qalib gələrək finala yüksəlib. Gərgin mübarizə şəraitində keçən həlledici görüşdə İran təmsilçisinə 2:3 hesabı ilə uduzan stolüstü tennisçimiz yarışın gümüş mükafatına layiq görülüb.
Bu mövzuda digər xəbərlər:Azərbaycanın stolüstü tennisçisi Türkiyədəki beynəlxalq turnirində bürünc medal qazanıb
13 Fevral 2025 20:21
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq turnirdə iştirak edəcəklər
15 Sentyabr 2025 15:51
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq turnirdə mükafat qazanıblar
20 Sentyabr 2025 14:30
Azərbaycanın stolüstü tennisçisi təlimməşq toplanışına yollanıb
02 Yanvar 2025 13:42
Azərbaycanın stolüstü tennisçisi: MDB Oyunlarında məqsədimiz qızıl medal qazanmaqdır
26 Sentyabr 2025 17:31
Baxış sayı:145
Bu xəbər 30 Yanvar 2025 21:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















