Azərbaycanın strateji valyuta ehtiyatı açıqlandı

04.11.2026

Icma.az bildirir, Olke.az portalına istinadən.

Ölkə.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisdə iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclıasında 2027-ci il dövlər büdcəsinin müzakirəsi zamanı çıxışında deyib.

“Bu da o deməkdir ki, strateji valyuta ehtiyatımız xarici dövlət borcunu təqribən 20 dəfə üstələyir”, - nazir qeyd edib. 

Nazir onu da əlavə edib ki, növbəti ildə Neft Fondunun gəlirləri xərclərini üstələyəcək:

“Biz Neft Fondunun gəlirlərini növbəti ildə neftin qiymətinin 65 dollar olmaqla 7,8 milyard dollar olaraq qiymətləndiririk, xərclərini isə 7,1 milyard dollar olacaq”, - o qeyd edib.

Nazir onu da əlavə edib ki, Neft Fondunun transferti növbəti ildə 7 milyard dollar olaraq proqnozlaşdırılıb:

“Bu da cari ilə müqayisədə 550 milyon dollar və ya 935 milyon manatlıq bir azalma deməkdir. Bu, bizim həyata keçirdiyimiz artıq ikinci ardıcıl il olacaq ki, transfert məbləğini hər il azaltmağa çalışırıq. Siyasətimizin ana hədəflərindən biri 2030-cu ilə qədər Neft Fonmdundan transfertin həcmini 1,5 milyard manat azaltmaqdır”.

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью