Azərbaycanın strateji valyuta ehtiyatı açıqlandı
Icma.az bildirir, Olke.az portalına istinadən.
Ölkə.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisdə iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclıasında 2027-ci il dövlər büdcəsinin müzakirəsi zamanı çıxışında deyib.
“Bu da o deməkdir ki, strateji valyuta ehtiyatımız xarici dövlət borcunu təqribən 20 dəfə üstələyir”, - nazir qeyd edib.
Nazir onu da əlavə edib ki, növbəti ildə Neft Fondunun gəlirləri xərclərini üstələyəcək:
“Biz Neft Fondunun gəlirlərini növbəti ildə neftin qiymətinin 65 dollar olmaqla 7,8 milyard dollar olaraq qiymətləndiririk, xərclərini isə 7,1 milyard dollar olacaq”, - o qeyd edib.
Nazir onu da əlavə edib ki, Neft Fondunun transferti növbəti ildə 7 milyard dollar olaraq proqnozlaşdırılıb:
“Bu da cari ilə müqayisədə 550 milyon dollar və ya 935 milyon manatlıq bir azalma deməkdir. Bu, bizim həyata keçirdiyimiz artıq ikinci ardıcıl il olacaq ki, transfert məbləğini hər il azaltmağa çalışırıq. Siyasətimizin ana hədəflərindən biri 2030-cu ilə qədər Neft Fonmdundan transfertin həcmini 1,5 milyard manat azaltmaqdır”.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 04 Noyabr 2026 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















