Azərbaycanın təhvil verdiyi Xocalı qatili İrəvanda ürəyindən əməliyyat olundu...

22.01.2026

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın yanvarın 14-də Ermənistana təhvil verdiyi Xocalı və Meşəli qatili Vaqif Xaçaturyan  yanvarın 22-də İrəvanda "Nork-Maraş" tibb mərkəzində əməliyyat olunub və əməliyyat rahat keçib, ağırlaşmalar olmadan reanimasiya şöbəsinə köçürülüb.

Moderator.az xəbər verir ki, "Armtimes" nəşrinin yaydığı məlumata görə, bu barədə Ermənistanın səhiyyə naziri Anahit Avanesyan sosial media səhifəsində yazıb.

Əməliyyatın miqyasına uyğun olaraq vəziyyəti stabil olaraq qiymətləndirilir.

Xatırladaq ki, 14 yanvar tarixində  Gevorq Sujyanın, David Davtyanın, Vigen Euljekjianın və Vaqif Xaçatryanın Hakkari körpüsündən keçərək Ermənistan Respublikasının müvafiq qurumlarının nümayəndələrinə təhvil verildiyini bildirmişdik .

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью