Azərbaycanın təhvil verdiyi Xocalı qatili İrəvanda ürəyindən əməliyyat olundu...
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanın yanvarın 14-də Ermənistana təhvil verdiyi Xocalı və Meşəli qatili Vaqif Xaçaturyan yanvarın 22-də İrəvanda "Nork-Maraş" tibb mərkəzində əməliyyat olunub və əməliyyat rahat keçib, ağırlaşmalar olmadan reanimasiya şöbəsinə köçürülüb.
Moderator.az xəbər verir ki, "Armtimes" nəşrinin yaydığı məlumata görə, bu barədə Ermənistanın səhiyyə naziri Anahit Avanesyan sosial media səhifəsində yazıb.
Əməliyyatın miqyasına uyğun olaraq vəziyyəti stabil olaraq qiymətləndirilir.
Xatırladaq ki, 14 yanvar tarixində Gevorq Sujyanın, David Davtyanın, Vigen Euljekjianın və Vaqif Xaçatryanın Hakkari körpüsündən keçərək Ermənistan Respublikasının müvafiq qurumlarının nümayəndələrinə təhvil verildiyini bildirmişdik .
Baxış sayı:29
Bu xəbər 22 Yanvar 2026 19:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















