Azərbaycanın tərəqqisi Davos ekranında | Icma.az
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Ölkəmiz 30 ildir ki, bu nüfuzlu iqtisadi forumda fəal iştirak edir Dünya İqtisadi Forumu (DİF) ölkəmizin siyasi, sosial-iqtisadi sahələrində baş verən ən mühüm dəyişikləri beynəlxalq ictimaiyyətə təqdim etmək üçün əhəmiyyətli bir platformadır.
Hər il ənənəvi olaraq İsveçrənin Davos şəhərində keçirilən bu nüfuzlu forumda respublikamızın iştirakı dünyada cərəyan edən iqtisadi meyillər haqqında dolğun məlumatlar almağa, eyni zamanda, ölkəmizin iqtisadi potensialı, xarici investisiyaların cəlb olunması imkanlarının təqdimatına, dünyaya lazımlı mesajların verilməsinə əlverişli şərait yaradır.
DİF isveçrəli professor Klaus Şvabın təşəbbüsü ilə 1971-ci ildə yaradılıb. K.
Şvab 1971-ci ildə İsveçrənin Davos şəhərində Avropanın aparıcı 450 şirkətinin rəhbərlərini toplayaraq, dünya iqtisadiyyatının perspektivlərini müzakirə etmək və ümumi strategiya hazırlamaq məqsədilə birinci simpoziumu keçirib.
Ötən əsrin 70-ci illərinin ortalarından forumun iclaslarına müxtəlif ölkələrin hakimiyyət nümayəndələri və iş dünyasının liderləri olan sahibkarlar dəvət edilməyə başlanıb.
1987-ci ildən etibarən isə forum Dünya İqtisadi Forumu adlandırılıb.
DİF-in hər il keçirilməsində əsas məqsəd dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatları, elm adamlarını, nüfuzlu siyasətçiləri, iqtisadçıları və biznesmenlərin iştirakı ilə yeni beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsini müzakirə etmək olub.
Tam oxu
Xəbəri oxu