Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ötən əsrin sonlarında tarixi müstəqilliyinə qovuşmuş Azərbaycan dünya birliyinin layiqli üzvü kimi tam sərbəst iqtisadi siyasət yürütməyə başladı.
Yeraltı və yerüstü sərvətlərinin zənginliyindən maksimum yararlanmağa çalışan gənc Azərbaycan dövləti ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə bir sıra qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı kimi çıxış etdi.
Beynəlxalq arenada yüksək nüfuz qazanmış ölkəmiz özünün bitkin enerji siyasətini bütün dünyaya təqdim edə bildi.
Bununla da, bir sıra qlobal layihələrin fəal iştirakçısına çevrilən Azərbaycan dünyada etibarlı enerji tərəfdaşı kimi tanınmağa başlandı.
Zaman sübut etdi ki, Azərbaycan bəşəriyyətin, dünya adlı ümumi evimizin tərəqqisi naminə bütün qlobal məsələlərdə həmrəy olmağa qadirdir və bunun üçün kifayət qədər potensiala malikdir.
Elə dünya dövlətləri planetimizin gələcəyini təhlükə altına alan karbon emissiyaları ilə mübarizəni prioritet elan edəndə də ölkəmiz bu çağırışa birincilər sırasında qoşulub.
Yeri gəlmişkən, 1992-ci ildə Ümumdünya Yer Sammitində İqlim Dəyişikliyi üzrə BMT-nin Çərçivə Konvensiyası qəbul olunub.