Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Azərbaycanın uğurlu COP modeli dünyaya örnəkdir

Azərbaycanın uğurlu COP modeli dünyaya örnəkdir

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ötən əsrin sonlarında tarixi müstəqilliyinə qovuşmuş Azərbaycan dünya birliyinin layiqli üzvü kimi tam sərbəst iqtisadi siyasət yürütməyə başladı. 

Yeraltı və yerüstü sərvətlərinin zənginliyindən maksimum yararlanmağa çalışan gənc Azərbaycan dövləti ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə bir sıra qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı kimi çıxış etdi. Beynəlxalq arenada yüksək nüfuz qazanmış ölkəmiz özünün bitkin enerji siyasətini bütün dünyaya təqdim edə bildi. Bununla da, bir sıra qlobal layihələrin fəal iştirakçısına çevrilən Azərbaycan dünyada etibarlı enerji tərəfdaşı kimi tanınmağa başlandı.

Zaman sübut etdi ki, Azərbaycan bəşəriyyətin, dünya adlı ümumi evimizin tərəqqisi naminə bütün qlobal məsələlərdə həmrəy olmağa qadirdir və bunun üçün kifayət qədər potensiala malikdir. Elə dünya dövlətləri planetimizin gələcəyini təhlükə altına alan karbon emissiyaları ilə mübarizəni prioritet elan edəndə də ölkəmiz bu çağırışa birincilər sırasında qoşulub. 

Yeri gəlmişkən, 1992-ci ildə Ümumdünya Yer Sammitində İqlim Dəyişikliyi üzrə BMT-nin Çərçivə Konvensiyası qəbul olunub. Azərbaycan Respublikası Milli Məclisi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını 1995-ci ildə ratifikasiya edib. Bununla ölkəmiz istilik effekti yaradan qaz tullantılarının kadastrının hazırlanması, müntəzəm olaraq yenilənməsi, milli məlumatların hazırlanması kimi öhdəliklər götürüb və bu öhdəliklər sistemli şəkildə yerinə yetirilib. 

1997-ci ildə qəbul edilmiş Kioto protokolu 2008-ci ildən 2012-ci ilə qədər müəyyən ölkələr üçün istixana qazlarının azaldılmasını tənzimləyirdi. 2016-cı il aprelin 22-də isə Paris konfransı zamanı qlobal iqlim dəyişiklikləri ilə mübarizə sahəsində daha mükəmməl bir sənəd qəbul edilib. 16 giriş bəndi və 29 maddədən ibarət qısa müqavilə olan Paris Sazişi prosessual (sənədin qüvvəyə minməsi meyarlarını əhatə edən) və əməliyyat maddələrindən (yumşaldılma, uyğunlaşma və maliyyəni əhatə edən) ibarətdir.

Xatırladaq ki, ölkəmiz Paris Sazişinə 2016-cı ildə imza atıb. Ötən müddətdə sazişin əsas iştirakçılarından birinə çevrilmiş Azərbaycan Respublikası 1990-cı illə müqayisədə istixana qazı emissiyalarını 2030-cu ilə qədər 30 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaltmaqla bağlı milli hədəflərini müəyyənləşdirib. Dünya enerji məkanında gedən proseslərdən geridə qalmamaq üçün isə Azərbaycanın misilsiz potensialı var. Belə ki, təsdiqlənmiş proqnozlara görə, ölkəmizin quru ərazisində 37 qiqavatlıq külək və günəş enerjisi, Xəzər dənizinin Azərbaycan 
sektorunda isə 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Bütövlükdə isə, ölkəmizin bərpaolunan enerji sahəsində potensialı 200 qiqavata yaxın qiymətləndirilir. Yeri gəlmişkən, Beynəlxalq Maliyyə Korporasiyası da Azərbaycanın Xəzər dənizindəki 157 min meqavatlıq bərpaolunan enerji potensialını yüksək qiymətləndirib. 

Məlum olduğu kimi, son illər Xəzər regionu Avropanın enerji keçidinin əsas mərkəzlərindən birinə çevrilib. Bu da təsadüfi deyil. Çünki dünyanın neft-qaz ölkəsi kimi tanınan Azərbaycan Avropa İttifaqının prioritet elan etdiyi “yaşıl keçid” platformasının reallaşmasına da mühüm töhfələr verməyə çalışır. 2022-ci ildən etibarən isə ölkəmizdə bərpaolunan enerji layihələrinin icrasına başlanılıb. Artıq 230 meqavatlıq “Qaradağ” Günəş Elektrik Stansiyası tam gücü ilə fəaliyyət göstərir. Bu ilin sonlarında işğaldan azad olunmuş Cəbrayıl rayonunda 240 meqavatlıq “Şəfəq” Günəş Elektrik Stansiyasının, gələn il isə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsi planlaşdırılır. 

Bundan əlavə, ötən il iyunun 4-də Xəzər neft-qaz sərgisi zamanı Prezident İlham Əliyevin iştirakı ilə ümumi gücü 1 qiqavat olan üç böyük layihənin təməli qoyulub. Həmin layihələrə Biləsuvarda 445 meqavatlıq, Neftçalada, Bankə qəsəbəsində 315 meqavatlıq günəş və 240 meqavatlıq “Abşeron–Qaradağ” külək elektrik stansiyaları daxildir. Artıq 760 meqavat gücündə günəş elektrik stansiyalarının tikintisinə başlanılıb. Biləsuvar və Neftçala günəş elektrik stansiyalarının isə 2026-cı ilin ilk rübündə istifadəyə verilməsi planlaşdırılır. Heç şübhəsiz, bütün bunlar Azərbaycan hökumətinin bərpaolunan enerji sektorunun inkişafına verdiyi əhəmiyyətin göstəricisidir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bildirib ki, ölkəmizin yaşıl gündəliyi qlobal yaşıl keçidə tam uyğundur. Biz artıq bir çox işlər görmüşük və yaxın gələcəkdə nəzərdə tutulmuş çoxsaylı layihələrimiz var. 

Heç şübhəsiz, “yaşıl” enerji layihələrinin icrası ölkəmizə olan inamı bir qədər də artırır. Elə COP29 kimi böyük bir tədbirə ev sahibliyinin Azərbaycana həvalə olunması da məhz bu inamdan irəli gəlirdi. Dövlət başçısı müsahibəsində COP29-u ölkəmiz üçün böyük bir çağırış və böyük imkan kimi dəyərləndirərək deyib: “Bizim vəzifəmiz bu çağırışı uğura çevirməkdən ibarət idi. Əlbəttə, biz tam dərk edirdik ki, Azərbaycan istixana qazlarının emissiyası baxımından o qədər də böyük paya sahib deyil və bu işdə dünyanın bir araya gəlməsində mühüm rol oynaya bilməz. Lakin hesab etdik ki, beynəlxalq təşkilatlarda fəaliyyət təcrübəsi və şaxələndirilmiş xarici siyasət bizə körpülər qurmaqda yardımçı olacaq”.

Məlum olduğu kimi, 29-cu beynəlxalq iqlim konfransının ölkəmizdə keçirilməsi ilə bağlı qərar 2023-cü il dekabr ayının sonlarında BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiaysı Tərəflər Konfransının Dubayda keçirilmiş 28-ci sessiyasında qəbul olunmuşdu. Belə bir mötəbər tədbirə hazırlaşmaq üçün isə Azərbaycanın cəmi 11 ay vaxtı var idi. Buna baxmayaraq, ölkəmiz hazırlıq işlərinin öhdəsindən layiqincə gələrək konfransa uğurla ev sahibliyi etdi. Yerli televiziya kanalllarına müsahibəsi zamanı bu mühüm məqama toxunan dövlətimizin başçısı bildirib ki, 2023-cü ilin dekabrında, COP29-a ev sahibliyi etmək imkanını əldə edən kimi bu mövzunun mahiyyəti ilə daha dərindən məşğul olmağa başladıq: “Səmimi desəm, buna qədər biz prosesdə o qədər də fəal iştirak etmirdik. Bu işdə uğura nail olmaqda ən böyük maneə Qlobal Cənub və Qlobal Şimal arasında olan etimadsızlıqdır – ətraf mühiti ən çox çirkləndirən ölkələr və bundan əziyyət çəkən ölkələr. Biz disbalansı görürük – iqlim dəyişikliyi nəticəsində bəzi ölkələrin mövcudluğu təhlükə altındadır. Emissiya baxımından onların payı 0,1 faizdir, lakin onların, xüsusilə də kiçik ada dövlətlərinin həyatı və gələcəyi təhlükə altındadır. Yəni, biz hazırlıq işlərinə başladıq və Qlobal Cənub çərçivəsində olduqca fəal iş apardıq. Biz 4 il ərzində Qoşulmama Hərəkatında sədrlik etmişik. Bu, böyük uğur idi və üzv dövlətlərin yekdil qərarı ilə bizim sədrliyimiz daha bir il uzadıldı. Eyni zamanda, Avropa siyasətində fəal iştirak edən bir ölkə kimi Azərbaycan Avropa İttifaqının 10 üzv ölkəsi ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb və qəbul edib. Biz hesab etdik ki, bu iş uğurla nəticələnə bilər”.

Dövlət başçısının qeyd etdiyi kimi, COP29-a uğurla ev sahibliyi etmək üçün hazırlıq və məzmun istiqamətlərində çoxsaylı çətinliklərin olmasına rəğmən, yekun nəticə bunun bir uğur hekayəsi olduğunu sübut etdi. Cəmi 11 ay ərzində ölkədə hazırlıq işləri yüksək səviyyədə yerinə yetrildi. Beynəlxalq iqlim konfransının keçirilməsi üçün paytaxtımızda ideal məkan yaradıldı. Bakı Olimpiya Stadionunun ərazisində nəhəng qurğular inşa edildi, 200 min kvadratmetrə yaxın qapalı arena konfrans iştirakçılarının ixtiyarına verildi. Eyni zamanda, logistika, nəqliyyat, yerləşmə, mehmanxanaların sertifikatlaşdırılması, qonaqların yerləşdirilməsi üçün yerlər müəyyənləşdirildi. Bütün bunların nəticəsi idi ki, COP29-da iştirak etmək üçün qeydiyyatdan keçmiş 197 ölkədən olan 76 min iştirakçı Azərbaycanın yüksək səviyyəli hazırlığından tam məmnun qaldı. 

Bununla belə, ölkəmizin uğurlarını gözü götürməyən bəzi beynəlxalq qüvvələr tədbirdən öncə yersiz boykot cəhdləri ilə çıxış etdilər. Prezident 
İlham Əliyev məlum müsahibəsində bu barədə söhbət açaraq deyib: “Bu, olduqca gözlənilməz idi. Hesab edirəm ki, bu tədbirə ev sahibliyi etmiş heç bir ölkə bu dərəcədə müqavimətə rast gəlməmişdir. Lakin biz bunun da öhdəsindən gələ bildik. Boykot uğursuz oldu. 
Baxmayaraq ki, bəzi ölkələr, xüsusilə də Fransa əlindən gələni edirdi ki, tədbiri gözdən salsın. Həmkarlarımdan aldığım məlumata görə, Fransa prezidenti şəxsən onlara zəng edərək Bakıya getməməyi tövsiyə edirmiş. Yəni, liderlərin buraya səfər etmələrinin qarşısını almaq üçün hətta belə vasitəyə də əl atılmışdır. Lakin bu da uğursuz oldu. Səksən dövlət və hökumət başçısı Bakıya səfərə gəldi və bu, bir daha Azərbaycanın etibarlı tərəfdaş olduğunu nümayiş etdirdi”.

Bununla yanaşı, dövlət başçısı Bakı iqlim konfransının Avropa Komissiyası prezidentinin iştirak etmədiyi ilk COP olduğunu diqqətə çatdıraraq deyib ki, bu, gözlənilməz olsa da, bir neçə ay əvvəl onun paytaxtımıza gələcəyi təsdiq edilmişdi. Prezidentin vurğuladığı kimi, COP29 çərçivəsində Avropa Komissiyasının təşəbbüsü əsasında Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya liderlərinin iştirakı ilə “yaşıl” kabel layihəsinə həsr edilmiş xüsusi sessiyanın təşkili də nəzərdə tutulmuşdu. Avropa Komissiyasının bu addımını COP29-un keçirilməsinə xələl gətirmədiyini vurğulayan Prezident İlham Əliyev COP-a üzv olan tərəf kimi Avropa Komissiyasının iştirak etməməsinin çoxsaylı suallar doğurduğunu diqqətə çatdırıb. Bununla belə, dövlət başçısı BMT-nin Baş katibinin COP29-un açılışında və bağlanışında iştirak etmək üçün Azərbaycana iki dəfə səfər etməsinin təqdirəlayiq addım hesab edib. 

Ölkə Prezidenti yerli televiziya kanallarına müsahibəsində COP29-un uğurlu nəticələrini bir daha şərh edərək bildirib ki, çoxları bunu Bakı nailiyyəti adlandırır: “Mən bununla razıyam. Çünki, təqribən, 10 il ərzində tərəflər karbon bazarı ilə bağlı razılığa gələ bilmirdi və COP-un ilk günlərində artıq uğur əldə edildi – karbon bazarına dair Paris Sazişinin 6-cı maddəsi üzrə razılıq əldə edildi. Bu, əhəmiyyətli uğur idi və hər kəs bundan məmnun qaldı. Yəni, on il ərzində razılaşdırıla bilinməyən məsələ Bakıda öz həllini tapdı”.

Heç şübhəsiz, Azərbaycanın ev sahibliyi ilə keçirilən COP29-dan gözləntilər olduqca yüksək idi. Xüsusən iqlim maliyyələşdirilməsi ilə bağlı Bakı konfransına böyük ümid bəslənilirdi. Bu səbədən də Bakı iqlim konfransının əsas mövzularından biri maliyyələşmə məsələsi idi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, gözləntilər 1 trilyon dollar civarında olsa da,  bu, tamamilə qeyri-real rəqəm idi: “Nailiyyət isə ondan ibarət oldu ki, biz qarşıdan gələn illər üçün nəzərdə tutulmuş məbləği 3 dəfə artıra bildik. Çünki COP29-dan əvvəl razılaşdırılmış rəqəm 100 milyard dollar idi. Burada – Bakıda biz onu 300 milyard dollara çatdırdıq. Yəni, kimsə iddia edirsə ki, bu, uğursuzluq idi, bu, ədalətsizlikdir. Bu, nailiyyət idi və bu, gələcək üçün bir miras oldu”.

Bütövlükdə isə, Azərbaycan COP29-da 14 təşəbbüs irəli sürüb. Bu amilin də ölkəmizin iqlim məsələsinə nə qədər ciddi yanaşdığının bariz nümunəsi idi. Bütövlükdə, ölkəmizin COP-la bağlı uğurlu model yaradılmasına nail olduğunu vurğulayan Prezident İlham Əliyev müsahibəsində bu məqama toxunaraq qeyd edib ki, digər COP tədbirlərində istifadə olunacaq daha bir miras hazırkı, keçmiş və gələcək COP-a ev sahibliyi edən ölkələr arasında “Troyka” mexanizmidir.  Bunun bir sinerji yaratdığını vurğulayan dövlət başçısının sözlərinə görə, Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin təcrübəsindən istifadə etdi. Bu il Braziliyada keçiriləcək COP30 zamanı isə son iki iqlim konfransının əldə etdiyi təcrübələrə yeni uğurlar əlavə olunacaq. 

M.YAQUBZADƏ 
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Yanvar 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see626

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see558

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see435

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see305

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see300

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see300

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see287

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see278

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see245

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see237

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see227

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see226

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see214

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see210

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see210

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see209

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see192

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see177

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see172

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri