Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Rusiya Azərbaycanın Ukrayna ilə bağlı mövqeyindən xəbərdardır, Moskva və Bakı bu məsələdə fikir ayrılığına malikdirlər".
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O qeyd edib ki, Kreml Ukrayna ilə bağlı fikir ayrılıqlarının Bakı ilə münasibətlərdəki soyuqluğun aradan qaldırılmasına mane olmayacağına ümid edir.
Peskovun bu açıqlamasını müxtəlif aspektlərdə analiz etmək olar, lakin ilk növbədə, həm də birmənalı olaraq Peskov da, ölkəsinin rəhbərliyi də bilməlidir ki, Rusiyanın nə düşünməsindən asılı olmayaraq, işğal işğaldır, mahiyyəti dəyişmir.
Azərbaycan isə prosesləri beynəlxalq hüquqa uyğun dəyərləndirir, kiminsə arzu-istəyinə görə yox.
Heç bir təzyiq rəsmi Bakını yolundan döndərə bilməz. Azərbaycan müstəqil ölkədir və qərarlarını da öz iradəsi ilə verir.
Azərbaycanın mövqeyi prinsipialdır və beynəlxalq hüquqa əsaslanır Azərbaycanın Ukrayna məsələsindəki mövqeyi beynəlxalq hüquqa əsaslanır.