Icma.az
close
up
RU
Azərbaycanın Ukrayna məsələsindəki mövqeyi beynəlxalq hüquqa əsaslanır

Azərbaycanın Ukrayna məsələsindəki mövqeyi beynəlxalq hüquqa əsaslanır

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Rusiya Azərbaycanın Ukrayna ilə bağlı mövqeyindən xəbərdardır, Moskva və Bakı bu məsələdə fikir ayrılığına malikdirlər".

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O qeyd edib ki, Kreml Ukrayna ilə bağlı fikir ayrılıqlarının Bakı ilə münasibətlərdəki soyuqluğun aradan qaldırılmasına mane olmayacağına ümid edir. Peskovun bu açıqlamasını müxtəlif aspektlərdə analiz etmək olar, lakin ilk növbədə, həm də birmənalı olaraq Peskov da, ölkəsinin rəhbərliyi də bilməlidir ki, Rusiyanın nə düşünməsindən asılı olmayaraq, işğal işğaldır, mahiyyəti dəyişmir. Azərbaycan isə prosesləri beynəlxalq hüquqa uyğun dəyərləndirir, kiminsə arzu-istəyinə görə yox. Heç bir təzyiq rəsmi Bakını yolundan döndərə bilməz. Azərbaycan müstəqil ölkədir və qərarlarını da öz iradəsi ilə verir.

Azərbaycanın mövqeyi prinsipialdır və beynəlxalq hüquqa əsaslanır

Azərbaycanın Ukrayna məsələsindəki mövqeyi beynəlxalq hüquqa əsaslanır. Ölkəmizin xarici siyasətində ərazi bütövlüyü prinsipi isə fundamental dəyərdir, çünki bizim də ərazilərimiz vaxtilə işğal altında olub. Bu baxımdan, işğal harada baş verirsə, işğaldır. Heç bir geosiyasi maraq bu həqiqəti dəyişə bilməz.

Azərbaycan bu gün öz sözünü deyə bilən, müstəqil qərar verən bir dövlətdir. 44 günlük Vətən müharibəsindən sonra da göründü ki, dövlətimiz milli maraqları uğrunda heç bir gücdən çəkinmir. Rusiya daxil olmaqla heç bir ölkə Azərbaycanın xarici siyasət kursunu müəyyənləşdirə bilməz. Əgər Moskva bu fərqli baxışlara baxmayaraq münasibətləri davam etdirmək istəyirsə, bu, Azərbaycanın artan regional çəkisinin göstəricisidir. Peskovun açıqlaması həm də bu həqiqətin, yəni Azərbaycanın prinsipial və müstəqil siyasətinə Rusiyanın verdiyi dolayısı etirafın nümayişidir.

Moskva bilir ki, Bakı öz yolundadır və onu bu prinsipial yolundan döndərmək mümkün deyil. Azərbaycan kimsənin xoşuna gəlmək üçün yox, xalqının və dövlətçiliyinin maraqlarına əsaslanaraq addımlar atır və bu balanslı, prinsipial siyasət nəticə verir. Heç bir güc siyasi xəttimizi müəyyənləşdirə bilməz, əksinə, güclər Azərbaycanla münasibətlərə önəm verməyə məcbur qalırlar. Cavabımız da aydındır: Heç bir təzyiq bizi yolumuzdan döndərə bilməz. Azərbaycan artıq reaktiv yox, proaktiv siyasət yürüdür. Azərbaycanın mövqeyi müttəfiqlərə xoş gəlmək üçün yox, tarixi ədaləti və beynəlxalq hüququ müdafiə etmək üçündür. Heç bir geosiyasi maraq Azərbaycanın bu xəttini dəyişə bilməz.

Müstəqil siyasət təkcə sözlə yox, əməllə sübut olunur

Peskovun açıqlaması sübut edir ki, Azərbaycanın prinsipial mövqeyi artıq qəbul olunmağa başlayıb. Bu, Azərbaycanın diplomatik uğurudur. Baxmayaraq ki, Azərbaycanın Rusiya ilə müxtəlif sahələrdə dərin əməkdaşlığı mövcuddur, lakin bu əlaqələrə rəğmən, Bakı heç bir məsələdə öz prinsiplərindən geri çəkilmir. Bu da onu göstərir ki, müstəqil siyasət güclü münasibətləri istisna etmir və Azərbaycan təslim olan deyil, qəbul edilən tərəfdaş dövlətdir. Azərbaycanın işğalla bağlı mövqeyi də kiməsə görə dəyişmir, milli iradə və beynəlxalq hüquqa əsaslanır. Bu isə öz növbəsində Azərbaycanın bu istiqamətdəki rolunun dəyərini artırır. İstər Rusiya, istər Qərb, istərsə də digər güclər Azərbaycanın qərarlarına hörmətlə yanaşmağa məcburdurlar. Bu, sözlə deyil, müharibədə, diplomatiyada və geosiyasi münasibətlərdə sübut olunmuş bir reallıqdır.

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 İyul 2025 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri