Azərbaycanın xarici işlər nazirinin müavini Suriyaya getdi FOTO KONKRET | Icma.az
Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Suriyada səfərdədir.
Azərbaycan XİN-dən KONKRET.az-a bildirilib ki, səfər çərçivəsində dekabrın 29-da nazir müavini Yalçın Rəfiyev ilə Suriyanın keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani arasında görüş keçirilib.
Görüş zamanı Azərbaycan tərəfi Suriya dövlətinin istiqrarı və xalqın rifahı üçün yeni mərhələnin başlaması, habelə xalqın nümayəndələrinin hakimiyyətə gəlməsi münasibətilə Azərbaycan rəhbərliyinin təbriklərini çatdırıb.
Azərbaycanın yeni yaranmış vacib mərhələdə Türkiyə Respublikası ilə birlikdə Suriyanın yanında olduğu bildirilib.
Suriyanın bərpası prosesində ölkəmiz tərəfindən mümkün dəstəyin veriləcəyi bəyan olunub.
Humanitar məqsədli yardım fəaliyyətləri ilə yanaşı, Azərbaycanın diplomatik müstəvidə də yeni hakimiyyətə zəruri dəstək göstərəcəyi vurğulanıb.
Nazir müavini, həmçinin torpaqlarını işğaldan azad etmiş Azərbaycanın bərpa və quruculuq sahəsindəki təcrübəsinin Suriyanın bərpası prosesində istifadə oluna biləcəyinə diqqət çəkib.
Tam oxu
Xəbəri oxu