Icma.az
close
up
RU
Azərbaycanın xarici işlər nazirinin müavini Suriyaya getdi FOTO KONKRET

Azərbaycanın xarici işlər nazirinin müavini Suriyaya getdi FOTO KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Suriyada səfərdədir.

Azərbaycan XİN-dən KONKRET.az-a bildirilib ki, səfər çərçivəsində dekabrın 29-da nazir müavini Yalçın Rəfiyev ilə Suriyanın keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani arasında görüş keçirilib.

Görüş zamanı Azərbaycan tərəfi Suriya dövlətinin istiqrarı və xalqın rifahı üçün yeni mərhələnin başlaması, habelə xalqın nümayəndələrinin hakimiyyətə gəlməsi münasibətilə Azərbaycan rəhbərliyinin təbriklərini çatdırıb.

Azərbaycanın yeni yaranmış vacib mərhələdə Türkiyə Respublikası ilə birlikdə Suriyanın yanında olduğu bildirilib.

Suriyanın bərpası prosesində ölkəmiz tərəfindən mümkün dəstəyin veriləcəyi bəyan olunub.

Humanitar məqsədli yardım fəaliyyətləri ilə yanaşı, Azərbaycanın diplomatik müstəvidə də yeni hakimiyyətə zəruri dəstək göstərəcəyi vurğulanıb.

Nazir müavini, həmçinin torpaqlarını işğaldan azad etmiş Azərbaycanın bərpa və quruculuq sahəsindəki təcrübəsinin Suriyanın bərpası prosesində istifadə oluna biləcəyinə diqqət çəkib.

Nazir Əş-Şibani Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinin regionda və dünyada sülhün bərqərar olması naminə əhəmiyyətli hadisə olduğunu ifadə edərək, bu münasibətlə Azərbaycan xalqı və rəhbərliyini təbrik edib.

O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi mübariz lider adlandıraraq, Suriyada xalqın hakimiyyətə gəlməsini Azərbaycanın tarixi qələbəsi ilə müqayisə edib. Nazir yeni Suriya hakimiyyətinin əsas hədəfinin qonşu dövlətlərlə sülh içində yaşamaq və ölkə daxilində bütün tərəflərlə dialoq vasitəsilə milli birliyin əldə edilməsi olduğunu bildirib.

Köhnə rejimin geridə miras olaraq dağılmış, eləcə də dünya birliyi tərəfindən təcrid olunmuş Suriya buraxdığına diqqət çəkən nazir Əş-Şibani daxildə sosial-iqtisadi inkişafın, milli və siyasi birliyin, beynəlxalq müstəvidə isə Suriyanın nüfuzunun artırılmasının prioritet olduğunu diqqətə çatdırıb.

Tərəflər Azərbaycan və Suriya arasında uzun müddətdir mövcud olmayan münasibətlərdə əməkdaşlıq və dostluğun hədəfləndiyi yeni səhifənin açılmasında həmfikir olduqlarını qeyd ediblər. Bu baxımdan, ən qısa zamanda Dəməşqdə Azərbaycan səfirliyinin 12 ildən sonra yenidən fəaliyyətə başlamasının planlaşdırıldığı qarşı tərəfin diqqətinə çatdırılıb.

Sonda Suriya xarici işlər naziri yeni qurulan münasibətlərin möhkəmləndirilməsi üçün ölkəmizə səfərə dəvət olunub. Nazir Əş-Şibani dəvəti məmnuniyyətlə qəbul edib və Azərbaycan nümayəndələrini Suriyada mütəmadi şəkildə görməkdən məmnun olacaqlarını bildirib.

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://konkret.az
archiveBu xəbər 29 Dekabr 2024 21:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see212

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see152

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see137

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see137

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri