Azərbaycanın xarici siyasət kursunun əsas istiqamətlərindən biri türk dövlətlərinin hərtər…
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 28 noyabr, AZƏRTAC Prezident İlham Əliyevin xarici siyasət kursunun əsas istiqamətlərindən biri türk dövlətlərinin hərtərəfli inteqrasiyasına nail olmaqdır.
Türk Dövlətləri Təşkilatı çərçivəsində, həmçinin müxtəlif çoxtərəfli və ikitərəfli formatlarda iqtisadi və siyasi münasibətlərin daha da yaxınlaşdırılması Azərbaycanın əsas prioritetləri sırasındadır.
Bu istiqamətdə görülən işlərin nəticələri artıq göz qabağındadır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında hüquq müdafiəçisi Sahib Məmmədov bildirib.
Onun sözlərinə görə, bu gün Azərbaycanın təmsil olunmadığı platformalarda belə dost türk dövlətləri ölkəmizi dəstəkləyir.
Azərbaycan isə öz növbəsində bu ölkələrə beynəlxalq müstəvidə hərtərəfli dəstək göstərir.
Özbəkistan və Qazaxıstanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində təhsil ocaqları inşa etməsi və Özbəkistanın Xankəndidə istehsalat müəssisəsi yaratması yalnız iqtisadi addım deyil.
Tam oxu
Xəbəri oxu