Icma.az
close
up
RU
Azərbaycanın xarici siyasət kursunun əsas istiqamətlərindən biri türk dövlətlərinin hərtərəfli inteqrasiyasına nail olmaqdır ŞƏRH AZƏRTAC

Azərbaycanın xarici siyasət kursunun əsas istiqamətlərindən biri türk dövlətlərinin hərtərəfli inteqrasiyasına nail olmaqdır ŞƏRH AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 28 noyabr, AZƏRTAC

Prezident İlham Əliyevin xarici siyasət kursunun əsas istiqamətlərindən biri türk dövlətlərinin hərtərəfli inteqrasiyasına nail olmaqdır. Türk Dövlətləri Təşkilatı çərçivəsində, həmçinin müxtəlif çoxtərəfli və ikitərəfli formatlarda iqtisadi və siyasi münasibətlərin daha da yaxınlaşdırılması Azərbaycanın əsas prioritetləri sırasındadır. Bu istiqamətdə görülən işlərin nəticələri artıq göz qabağındadır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında hüquq müdafiəçisi Sahib Məmmədov bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın təmsil olunmadığı platformalarda belə dost türk dövlətləri ölkəmizi dəstəkləyir. Azərbaycan isə öz növbəsində bu ölkələrə beynəlxalq müstəvidə hərtərəfli dəstək göstərir. Özbəkistan və Qazaxıstanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində təhsil ocaqları inşa etməsi və Özbəkistanın Xankəndidə istehsalat müəssisəsi yaratması yalnız iqtisadi addım deyil. Bu, həm siyasi, həm də diplomatik gedişdir.

O bildirib ki, Azərbaycanın yüksək təşkilatçılığı ilə Bakıda keçirilən COP29 tədbiri çərçivəsində “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması tədbirin əhəmiyyətini daha da artırıb. Bu saziş karbohidrogen istehsalçısı olan Qazaxıstan və Azərbaycanın yaşıl enerjiyə keçid məsələsində plandan əməli fəaliyyətə keçdiklərinin bariz nümunəsidir. Həmçinin Mərkəzi Asiyanın əhali baxımından ən böyük ölkəsi olan Özbəkistanın da təşəbbüsə qoşulması göstərir ki, bu dövlətlər yaxın gələcəkdə regionda yaşıl enerjiyə keçid istiqamətində aparıcı rol oynayacaq və bu enerjini vahid şəbəkədə birləşdirərək həm daxili tələbatı, həm də ixrac potensialını qarşılayacaqlar. Bu strateji tərəfdaşlığa digər region dövlətlərinin də qoşulma ehtimalı böyükdür. Bu təşəbbüsün müəllifi isə Azərbaycan dövləti və Prezident İlham Əliyevdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Noyabr 2024 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see241

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see139

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see130

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri