Azərbaycanın yaratdığı reallıqları dünyaya təqdim edir ŞƏRH | Icma.az
Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Aprelin 9-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib.
Forumda müxtəlif ölkələrdən siyasətçilər, diplomatlar, tədqiqatçılar və ekspertlər bir araya gələrək qlobal sabitliyə, təhlükəsizliyə və davamlı inkişafa təhdid yaradan amilləri müzakirə edir və bu problemlərə qarşı birgə yanaşmaların formalaşdırılmasına töhfə verirlər.
Prezident İlham Əliyevin forumlardakı çıxışları Azərbaycan reallıqlarının, həmçinin regionda və dünyada baş verən dəyişikliklərin, ədalətə, beynəlxalq hüquqa, əməkdaşlığa çağırışların təqdimatında əhəmiyyətli rol oynayır.
Forum çərçivəsində, yeni dünya nizamı kontekstində türk dünyasının birliyinin qorunmasının vacibliyini xüsusi qeyd etməliyik.
Bu gün Türk Dövlətləri Təşkilatı dünya ölkələri tərəfindən mötəbər qurum kimi tanınır və üzv dövlətlərin sıx əməkdaşlığı, birgə səyləri ilə təşkilatın nüfuzu gündən-günə artmaqdadır.
Ölkəmiz üzv dövlətlərlə həm təşkilat daxilində, həm də ikitərəfli çərçivədə sıx münasibətlərə malikdir.
Türk dünyasını böyük ailə kimi dəyərləndirən dövlət başçısı İlham Əliyevin bu birliyin, həmrəyliyin möhkəmləndirilməsinə verdiyi töhfələr davamlılığı ilə diqqətdədir.
Tam oxu
Xəbəri oxu