Icma.az
close
up
RU
Azərbaycanın yaratdığı reallıqları dünyaya təqdim edir ŞƏRH

Azərbaycanın yaratdığı reallıqları dünyaya təqdim edir ŞƏRH

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Aprelin 9-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib. Forumda müxtəlif ölkələrdən siyasətçilər, diplomatlar, tədqiqatçılar və ekspertlər bir araya gələrək qlobal sabitliyə, təhlükəsizliyə və davamlı inkişafa təhdid yaradan amilləri müzakirə edir və bu problemlərə qarşı birgə yanaşmaların formalaşdırılmasına töhfə verirlər. Prezident İlham Əliyevin forumlardakı çıxışları Azərbaycan reallıqlarının, həmçinin regionda və dünyada baş verən dəyişikliklərin, ədalətə, beynəlxalq hüquqa, əməkdaşlığa çağırışların təqdimatında əhəmiyyətli rol oynayır.

Forum çərçivəsində, yeni dünya nizamı kontekstində türk dünyasının birliyinin qorunmasının vacibliyini xüsusi qeyd etməliyik. Bu gün Türk Dövlətləri Təşkilatı dünya ölkələri tərəfindən mötəbər qurum kimi tanınır və üzv dövlətlərin sıx əməkdaşlığı, birgə səyləri ilə təşkilatın nüfuzu gündən-günə artmaqdadır. Ölkəmiz üzv dövlətlərlə həm təşkilat daxilində, həm də ikitərəfli çərçivədə sıx münasibətlərə malikdir. Türk dünyasını böyük ailə kimi dəyərləndirən dövlət başçısı İlham Əliyevin bu birliyin, həmrəyliyin möhkəmləndirilməsinə verdiyi töhfələr davamlılığı ilə diqqətdədir. Prezident İlham Əliyev forumda çıxışında da vurğuladı ki, Azərbaycan türkdilli aləmə, türk dünyasına aid olan dövlətlər arasında əməkdaşlığa hər zaman öz dəstəyini verib. Bizi tarix, etnik köklər birləşdirir. Dillərimiz arasında oxşarlıqlar var, mədəniyyətlərimiz, adət-ənənələrimiz kifayət qədər oxşardır. İstərdik ki, Türk Dövlətləri Təşkilatı daha güclü olsun və nəticələrə köklənsin. Bu baxımdan Azərbaycan hər zaman əlindən gələni edib. O ki qaldı, üzv dövlətlər arasında qarşılıqlı əlaqələrə, bizim aramızda çox yaxşı mühit var. Dünya türk dövlətlərinin birliyini, həmrəyliyini hazırda işğaldan azad edilmiş ərazilərimizin bərpasında görür.

Türk Dünyası çox geniş coğrafiyanı əhatə edir. Onlardan bəziləri böyük təbii sərvətlərə malikdir, bəzilərinin isə güclü hərbi imkanları vardır. Türk dünyası ölkələri bütün bu qüvvələrini birləşdirsə, qlobal səviyyədə aparıcı beynəlxalq qurumlarından biri ola bilər. Bu baxımdan Türk Dövlətləri Təşkilatının qlobal güc mərkəzlərindən birinə çevrilməsi lazımdır. Forumda Prezident İlham Əliyev bir çox zəruri məqamlarla bərabər Türk dünyası ilə bağlı proseslərə də aydınlıq gətirib: "Azərbaycan Türk dünyası ölkələri arasında əməkdaşlıq zamanı çox mühüm rol oynamış ölkədir. Biz ötən yay Şuşada ilk qeyri-formal Zirvə toplantısına başladıq, çünki həmkarlarıma dedim ki, ildə bir dəfə toplaşmaq kifayət deyil. Gəlin ildə iki sessiya keçirək. Beləliklə, həmin təşəbbüs dəstəkləndi və artıq ənənə mövcuddur. Ola bilsin, gələn ay görüş olsun. Tarixlər hələ müəyyən edilməyib. Lakin, çox güman ki, gələn ay ikinci qeyri-rəsmi Zirvə görüşümüz olacaq və sonra isə Azərbaycanda rəsmi Zirvə toplantısı keçiriləcək".

Bu gün bütün dünyada cərəyan edən son hadisələr fonunda Türk Dövlətləri Təşkilatının yeni çağrışları nəzərə alaraq toparlanması inkişafa, sabitliyə, təhlükəsizliyə, iqtisadi əməkdaşlığın dərinləşməsinə təkan verəcək. Bu prosesdə Azərbaycanın və Tükiyənin rolu əvəzsizdir. Prezident İlham Əliyev bu barədə çıxışında qeyd edib: "Eyni zamanda, düşünürəm ki, hamımızın səyləri bugünkü sürətlə dəyişən dünyada kifayət deyil. Forumumuzun mövzusu həqiqətən göstərir ki, biz yubanmalı deyilik və təşkilatımızı mühüm qlobal iştirakçıya çevirmək fürsətini əldən buraxmalı deyilik. Bunun üçün böyük potensial var. Geniş coğrafiya, insan ehtiyatları, təbii ehtiyatlar, nəqliyyat marşrutları mövcuddur".

Prezident İlham Əliyevin forumda etdiyi çıxış, Azərbaycanın beynəlxalq mövqeyini və regiondakı rolunu əhatə edən mühüm məqamları əks etdirir. Prezident İlham Əliyev forumda Azərbaycan – Çin münasibətlərinə də toxunaraq iki ölkə arasında strateji tərəfdaşlıq haqqında Bəyannamənin önəmini xüsusi vurğulayıb. “Həmin Bəyannamə ötən il mənim Sədr Si Cinpinlə görüşümün nəticəsində qəbul olunub. Bu isə ikitərəfli münasibətlərimiz üçün çox əhəmiyyətli nailiyyət oldu. Çünki Çin kimi nəhəng ölkə ilə strateji tərəfdaşlıq formatına nail olmaq bizim üçün olduqca vacibdir”.

Çinlə bağlı çıxışı zamanı Dövlət Başçısı diqqətçəkən bir məqama da toxunub: “Orta Dəhlizə – Sədr Si Cinpinin “Bir kəmər, bir yol” təşəbbüsünə gəldikdə, nədənsə onu Avropada “qlobal qapı” adlandırmağa çalışırlar. Səmimi desəm, mən bilmirəm bunun mənası nədir. Ancaq “Bir kəmər, bir yol” layihəsinə gəldikdə, biz bunu ilk gündən dəstəkləmişik. Biz bunu təkcə ictimai bəyanatlarla deyil, həm də sərmayə yatırmaqla etdik. Biz Xəzər dənizinin ən böyük limanını inşa etdik. Bu gün bizim gəmiqayırma zavodumuzda altı gəmi inşa olunur. Bu zavodun sifariş siyahısı doludur. Biz dəmir yollarımızı müasirləşdirdik, hətta Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstandan keçən hissəsinə əlavə investisiya yatırdıq. Hazırda onun yükötürmə qabiliyyəti 5 milyon tondur. Zənnimizcə, Çindən gələn yüklərin bir hissəsi Zəngəzurdan, Zəngilan istiqamətindən keçə bilər”.

Qeyd edək ki, iqtisadi və siyasi baxımdan mühüm önəm daşıyan Orta Dəhliz Çinin “Bir kəmər, bir yol” layihəsinin bir parçasıdır, eyni zamanda, tarixi İpək yolunun ən mühüm komponentlərindən biridir. Bu marşrutun sürətli inkişafı istiqamətində Azərbaycan mühüm addımlar atmaqdadır.

Forum çərçivəsində Prezident İlham Əliyev regional əməkdaşlıq, iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi, rəqəmsal transformasiya, süni intellekt və digər çağırışlarla bağlı ətraflı fikirlər səsləndirib. Dövlətimizin başçısı forumun qlobal gündəlikdəki məsələlərin müzakirəsi üçün mühüm platforma olduğunu vurğulayıb. Burada verilən bəyanatlar həm də Azərbaycanın yaratdığı reallıqların dünyaya təqdim olunması baxımından əhəmiyyətli oldu. Beləliklə, ADA-da keçirilən forum bu dəfə də maraqlı müzakirələrlə yadda qaldı.

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:258
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Aprel 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri