Azərbaycanla Aİ iqtisadi əlaqələrin inkişafını müzakirə etdi FOTO

22.01.2026

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında iqtisadi əlaqələrin inkişafı və mövcud potensialın reallaşdırılması məsələləri müzakirə olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” hesabında paylaşım edib.

“Prezident İlham Əliyevin rəhbərliyi ilə Davos İqtisadi Forumunda iştirak çərçivəsində Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kos ilə görüş keçirdik.

Görüşdə Azərbaycan–Aİ iqtisadi əməkdaşlığı gündəliyində əsas prioritetləri, o cümlədən ticarət və enerji tərəfdaşlığını, həmçinin nəqliyyat və logistika infrastrukturunun daha da inkişafı istiqamətində görülən tədbirləri vurğuladıq. Eyni zamanda, Azərbaycan–Avropa İttifaqı iqtisadi münasibətlərinin tam potensialının reallaşdırılması imkanları ətrafında fikir mübadiləsi apardıq”, – paylaşımda qeyd edilib.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью