Azərbaycanla Aİ iqtisadi əlaqələrin inkişafını müzakirə etdi FOTO
Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında iqtisadi əlaqələrin inkişafı və mövcud potensialın reallaşdırılması məsələləri müzakirə olunub.
Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” hesabında paylaşım edib.
“Prezident İlham Əliyevin rəhbərliyi ilə Davos İqtisadi Forumunda iştirak çərçivəsində Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kos ilə görüş keçirdik.
Görüşdə Azərbaycan–Aİ iqtisadi əməkdaşlığı gündəliyində əsas prioritetləri, o cümlədən ticarət və enerji tərəfdaşlığını, həmçinin nəqliyyat və logistika infrastrukturunun daha da inkişafı istiqamətində görülən tədbirləri vurğuladıq. Eyni zamanda, Azərbaycan–Avropa İttifaqı iqtisadi münasibətlərinin tam potensialının reallaşdırılması imkanları ətrafında fikir mübadiləsi apardıq”, – paylaşımda qeyd edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 22 Yanvar 2026 20:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















