Azertag saytına istinadən Icma.az xəbər verir. Bakı, 23 aprel, AZƏRTAC Azərbaycan Çinin Avropaya açılan qapısıdır.
Ölkəmiz Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünün vacib iştirakçısı və etibarlı tərəfdaşı olaraq layihəyə öz tranzit potensialı ilə mühüm töhfələr verir.
Bu kontekstdə Prezident İlham Əliyevin Çin Xalq Respublikasına rəsmi səfəri iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu və əməkdaşlığın yeni mərhələyə keçəcəyini göstərir.
Səfər zamanı aparılan danışıqlar və imzalanan sənədlər Azərbaycan-Çin əlaqələrinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu təsdiqləyir.
Son 33 ildə ardıcıl və dinamik şəkildə inkişaf edən münasibətlər bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib.
O bildirib ki, Çin-Azərbaycan əlaqələrinin təməli 1992-ci ildə diplomatik münasibətlərin qurulması ilə qoyulub: “1994-cü ildə Ümummilli Lider Heydər Əliyev rəsmi xarici səfərlərindən birini məhz Çinə etmişdi.
Onun uzaqgörən siyasəti və liderlik keyfiyyətləri Çin tərəfindən yüksək qiymətləndirilmişdi.
Çin rəhbərliyi artıq o zaman Azərbaycanın regionda əsas geosiyasi oyunçulardan birinə çevriləcəyini öncədən görürdü.