Icma.az
close
up
RU
Azərbaycanla Çinin strateji tərəfdaşlığı bu ölkələrin eyni siyasi baxışa malik olmasından güc alır ŞƏRH

Azərbaycanla Çinin strateji tərəfdaşlığı bu ölkələrin eyni siyasi baxışa malik olmasından güc alır ŞƏRH

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 23 aprel, AZƏRTAC

Azərbaycan Çinin Avropaya açılan qapısıdır. Ölkəmiz Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünün vacib iştirakçısı və etibarlı tərəfdaşı olaraq layihəyə öz tranzit potensialı ilə mühüm töhfələr verir. Bu kontekstdə Prezident İlham Əliyevin Çin Xalq Respublikasına rəsmi səfəri iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu və əməkdaşlığın yeni mərhələyə keçəcəyini göstərir. Səfər zamanı aparılan danışıqlar və imzalanan sənədlər Azərbaycan-Çin əlaqələrinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu təsdiqləyir. Son 33 ildə ardıcıl və dinamik şəkildə inkişaf edən münasibətlər bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. O bildirib ki, Çin-Azərbaycan əlaqələrinin təməli 1992-ci ildə diplomatik münasibətlərin qurulması ilə qoyulub: “1994-cü ildə Ümummilli Lider Heydər Əliyev rəsmi xarici səfərlərindən birini məhz Çinə etmişdi. Onun uzaqgörən siyasəti və liderlik keyfiyyətləri Çin tərəfindən yüksək qiymətləndirilmişdi. Çin rəhbərliyi artıq o zaman Azərbaycanın regionda əsas geosiyasi oyunçulardan birinə çevriləcəyini öncədən görürdü. Bu münasibətlər 33 il ərzində qarşılıqlı hörmət və əməkdaşlıq ruhunda inkişaf edib. Azərbaycanın “Bir kəmər, bir yol” layihəsindəki mövqeyi strateji əhəmiyyət daşıyır və qarşılıqlı etimada əsaslanan bu münasibətlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı müxtəlif beynəlxalq platformalarda Azərbaycan-Çin əlaqələrinin əhəmiyyətini dəfələrlə qeyd edib, Sinxua agentliyinə verdiyi müsahibədə bu münasibətlərin perspektivlərini geniş şəkildə açıqlayıb. Həmin müsahibədə qeyd olunub ki, 2023-cü il iyulun 3-də imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” münasibətlərdə yeni mərhələnin əsasını qoyub.

Deputat qeyd edib ki, bu tərəfdaşlıq qarşılıqlı hörmət, bərabərlik, etimad, dəstək və faydalı əməkdaşlıq prinsiplərinə əsaslanır. İqtisadi sahədə əlaqələr davamlı olaraq genişlənir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsi 20,7 faiz artaraq 3,744 milyard dollara çatıb. Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib və ölkəmizin ümumi xarici ticarət dövriyyəsində 7,9 faiz paya malikdir. İdxalda isə Çin 17,69 faizlə lider mövqedədir. Hazırda Azərbaycanda Çin kapitalı ilə yaradılmış 375 şirkət mövcuddur, onlardan 298-i aktiv fəaliyyət göstərir. Eyni zamanda, yüksək texnologiyalar, innovasiyalar və alternativ enerji sahələrində birgə layihələrin reallaşdırılması istiqamətində danışıqlar davam etdirilir.

Orta Dəhliz – Avropa və Mərkəzi Asiyanı Xəzər dənizi üzərindən Çinlə birləşdirən etibarlı marşrut – bu əməkdaşlığın mühüm komponentidir. 2024-cü ildə bu marşrut üzrə daşınan yüklərin həcmi 378 min ton təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 86 faiz artım deməkdir. Birgə Bəyannamədə təhsil sahəsində əməkdaşlığa da xüsusi önəm verilir: “Çinin beynəlxalq nüfuzu onun təhsil sisteminə də marağı artırır. Ölkəmizdə Çində təhsil almaq istəyən gənclərin sayının artması bunu təsdiqləyir. Azərbaycan və Çin universitetlərində müxtəlif ixtisaslar üzrə bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alanların sayı ildən-ilə artır. Azərbaycanın bir sıra ali təhsil müəssisələrində fəaliyyət göstərən Konfutsi institutları çərçivəsində Çin dili tədris olunur. Eyni zamanda, Çində Azərbaycan dili və mədəniyyətinin öyrənilməsi istiqamətində mərkəzlər və kafedralar fəaliyyət göstərməyə başlayıb”.

Deputatın fikrincə, təhsil sahəsində bu qarşılıqlı təşəbbüslər mütəxəssis hazırlığı və mədəni yaxınlaşma baxımından böyük əhəmiyyət daşıyır: “Prezident İlham Əliyevin də vurğuladığı kimi, dillərin tədrisi, müəllim mübadiləsi və təhsildə əməkdaşlıq ölkələrimiz arasında çoxşaxəli əlaqələrin inkişafına mühüm töhfə verəcək. Çinin iqtisadi yüksəlişi onun güclü təhsil sisteminə də əsaslanır. Bu uğurun təməlində Çin siyasi rəhbərliyinin uzaqgörənliyi və qətiyyəti dayanır. Azərbaycanla Çinin strateji tərəfdaşlığı yalnız iqtisadi və siyasi deyil, həm də ideoloji yaxınlığa – ortaq baxışlara əsaslanır. Bu, münasibətlərin daha da dərinləşməsi üçün etibarlı zəmin yaradır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Aprel 2025 19:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see212

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see152

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see137

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see137

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri