Azərbaycanla Gürcüstan Cənubi Qafqazda əhəmiyyətli ölkələrdir ŞƏRH EDİLDİ | Icma.az
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır. "Gürcüstan Azərbaycanla ilk növbədə eyni coğrafi regionda - Cənubi Qafqaz regionunda
Nəzərə almaq lazımdır ki, Qafqaz dünyanın ən əhəmiyyətli və ən həssas yanaşdığı regionlardan biridir.
Cənubi Qafqazın Qərbdən giriş qapısı Gürcüstan hesab olunursa, ümumilikdə Cənubi Qafqazın əsas dövləti, dominant qüvvəsi, gücü və coğrafi baxımından Cənubi Qafqazın şimaldan cənuba, şərqindən qərbinə yerləşən dövləti Azərbaycandır.
Eyni zamanda Mərkəzi Asiyaya, Uzaq Şərqə doğru açılan və oradan gələn qapı da Azərbaycandır".
Bu sözləri SİA-ya açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov deyib.
Onun sözlərinə görə, bu baxımdan Azərbaycanla Gürcüstanın Cənubi Qafqazda əhəmiyyətli ölkə olmaları amili var: "Eyni zamanda qonşu dövlətik.
Biz əsrlər boyu eyni imperiyanın tərkibində mövcud olmuşuq - Rusiya imperiyası, daha sonra Sovetlər İttifaqının tərkibində olmuşuq və müstəqilliyimizi də təxminən eyni vaxtda bərpa etmişik.
Bu da ondan xəbər verir ki, Azərbaycanla Gürcüstan bir sıra tarixi məqamları, dəyərləri bölüşür.
Tam oxu
Xəbəri oxu