Icma.az
close
up
RU
Azərbaycanla Gürcüstan Cənubi Qafqazda əhəmiyyətli ölkələrdir ŞƏRH EDİLDİ

Azərbaycanla Gürcüstan Cənubi Qafqazda əhəmiyyətli ölkələrdir ŞƏRH EDİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

"Gürcüstan Azərbaycanla ilk növbədə eyni coğrafi regionda - Cənubi Qafqaz regionunda yerləşir. Nəzərə almaq lazımdır ki, Qafqaz dünyanın ən əhəmiyyətli və ən həssas yanaşdığı regionlardan biridir. Cənubi Qafqazın Qərbdən giriş qapısı Gürcüstan hesab olunursa, ümumilikdə Cənubi Qafqazın əsas dövləti, dominant qüvvəsi, gücü və coğrafi baxımından Cənubi Qafqazın şimaldan cənuba, şərqindən qərbinə yerləşən dövləti Azərbaycandır. Eyni zamanda Mərkəzi Asiyaya, Uzaq Şərqə doğru açılan və oradan gələn qapı da Azərbaycandır". Bu sözləri SİA-ya açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov deyib.

Onun sözlərinə görə, bu baxımdan Azərbaycanla Gürcüstanın Cənubi Qafqazda əhəmiyyətli ölkə olmaları amili var: "Eyni zamanda qonşu dövlətik. Biz əsrlər boyu eyni imperiyanın tərkibində mövcud olmuşuq - Rusiya imperiyası, daha sonra Sovetlər İttifaqının tərkibində olmuşuq və müstəqilliyimizi də təxminən eyni vaxtda bərpa etmişik. Bu da ondan xəbər verir ki, Azərbaycanla Gürcüstan bir sıra tarixi məqamları, dəyərləri bölüşür.

Bununla yanaşı, müstəqillik dönəmində də münasibətlərimiz həmişə normal və inkişaf edən istiqamətdə olub. O zamanlar da Azərbaycanla Gürcüstan arasında münasibətlərin pisləşməsi üçün çalışan qüvvələr olub. Amma yürüdülən doğru xarici siyasət və qarşılıqlı münasibətlərin inkişaf etdirilməsi xətti bu prosesi kənarda qoyub. Bu gün də Azərbaycanla Gürcüstan arasında münasibətlərin inkişaf edən istiqamətdə olması deməyə çox ciddi əsaslar var".

Xəyal Bəşirov qeyd edir ki, Azərbaycanın bu günə qədər reallaşdırdığı bütün enerji, logistika, nəqliyyat layihələrinin demək olar ki, hamısı Gürcüstan ərazisindən keçir: "Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, Cənub Dəhlizi və bir sıra digər layihələr, eyni zamanda hazırda yaşıl enerjinin Avropaya ixrac edilməsi ilə bağlı böyük bir layihə və dünyada iki dövlət arasında münasibətlərin hansı istiqamətlərdə inkişaf etdirilməsi amilinə nəzər yetirsək - bura siyasi, iqtisadi, enerji (əgər varsa), mədəni və nəqliyyat əlaqələrini aid etmək olar ki, bütün bunlar Azərbaycanla Gürcüstan arasında var və olmaqla yanaşı, həm də müsbət istiqamətdə inkişaf edir.

Bu baxımdan qarşılıqlı təmasların, səfərlərin reallaşdırılması, Azərbaycan Prezidentinin Gürcüstana səfəri, Azərbaycanın digər rəsmilərinin Gürcüstana səfərləri və Gürcüstan rəsmilərinin Azərbaycana səfər etməsi, Kavelaşvilinin Prezident seçildikdən sonra ilk səfərini Azərbaycana etməsi, bundan öncə seçkilərdən sonra Gürcüstanın Baş naziri Kobaxidzenin Azərbaycana səfər etməsi və eyni zamanda ayrı-ayrı beynəlxalq platformalarda bir-birimizə dəstəyin nümayiş etdirilməsi, eyni hədəfə istiqamətlənmiş mövqeyin sərgilənməsi onu deməyə əsas verir ki, Azərbaycanla Gürcüstan arasında münasibətlər iki dövlət və yaxud iki qonşu dövlət arasında ən ideal münasibətlərdir. Təbii ki, zaman-zaman bizim aramızda bəzi problemlər olub. Çünki problemlərin olması normaldır. Amma bu problemlər uzaqgörən siyasətlə, qarşılıqlı hörmətlə həllinə nail olunmuşdur. Düşünürəm ki, əlaqələrin daha da genişlənməsi üçün bir çox layihələr həyata keçiriləcək".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:295
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 Aprel 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri