Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ötən Bakıda “İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi” mövzusunda Azərbaycan-Gürcüstan Media Forumu keçirilib.
Forumun keçirilməsində məqsəd iki ölkə arasında media sahəsində əməkdaşlığın dərinləşdirilməsi, informasiya mühitində etibarlılığın artırılması və təhlükəsizlik çağırışlarının düzgün qiymətləndirilməsidir.
Ekspertlər deyir ki, forum iki qonşu və strateji tərəfdaş ölkənin informasiya mühitindəki çağırışlara qarşı daha koordinasiyalı şəkildə çıxış etməsinə imkan yaradır.
Modern.az Forumda iştirak edən gürcü jurnalistlərlə həmsöhbət olub.
Jurnalist-araşdırmaçı Lika Jorjoliani bildirib ki, forum yüksək səviyyədə təşkil olunub: “Azərbaycan-Gürcüstan Media Forumu məndə son dərəcə müsbət təəssürat yaratdı.
Tədbir yüksək səviyyədə təşkil olunmuşdu və müzakirələr, eləcə də panel sessiyaları təcrübə mübadiləsi aparmağa, media sahəsindəki müasir çağırışları dəyərləndirməyə və məsuliyyətli jurnalistika vasitəsilə ictimai etimadın formalaşdırılmasının əhəmiyyətini vurğulamağa imkan verdi.
Mənim üçün xüsusilə dəyərli olan məqam informasiya təhlükəsizliyi və dezinformasiyaya qarşı mübarizədə medianın rolu ilə bağlı fikir mübadiləsi idi”.