Icma.az
close
up
RU
Azərbaycanla Gürcüstan informasiya hücumlarına qarşı BİRLƏŞDİ

Azərbaycanla Gürcüstan informasiya hücumlarına qarşı BİRLƏŞDİ

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ötən Bakıda “İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi” mövzusunda Azərbaycan-Gürcüstan Media Forumu keçirilib.

Forumun keçirilməsində məqsəd iki ölkə arasında media sahəsində əməkdaşlığın dərinləşdirilməsi, informasiya mühitində etibarlılığın artırılması və təhlükəsizlik çağırışlarının düzgün qiymətləndirilməsidir.

Ekspertlər deyir ki, forum iki qonşu və strateji tərəfdaş ölkənin informasiya mühitindəki çağırışlara qarşı daha koordinasiyalı şəkildə çıxış etməsinə imkan yaradır.

Modern.az Forumda iştirak edən gürcü jurnalistlərlə həmsöhbət olub.

Jurnalist-araşdırmaçı Lika Jorjoliani bildirib ki, forum yüksək səviyyədə təşkil olunub:

“Azərbaycan-Gürcüstan Media Forumu məndə son dərəcə müsbət təəssürat yaratdı. Tədbir yüksək səviyyədə təşkil olunmuşdu və müzakirələr, eləcə də panel sessiyaları təcrübə mübadiləsi aparmağa, media sahəsindəki müasir çağırışları dəyərləndirməyə və məsuliyyətli jurnalistika vasitəsilə ictimai etimadın formalaşdırılmasının əhəmiyyətini vurğulamağa imkan verdi. Mənim üçün xüsusilə dəyərli olan məqam informasiya təhlükəsizliyi və dezinformasiyaya qarşı mübarizədə medianın rolu ilə bağlı fikir mübadiləsi idi”.

Jurnalist bu forumun Azərbaycan və Gürcüstan arasında media sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsi üçün mühüm bir addım olacağına əmin olduğunu vurğulayıb:

“Həmçinin düşünürəm ki, bu forum gələcəkdə illik müstəviyə keçə bilər ki, bu da hər iki tərəfə keyfiyyətli jurnalistikanın inkişafı və qlobal çağırışlara daha effektiv şəkildə cavab verməsi üçün imkan yaradacaq. Tədbir çərçivəsində formalaşmış platforma digər əməkdaşlıq sahələrinə də müsbət təsir göstərə və ölkələrimiz arasında qarşılıqlı anlaşmanın və etimadın möhkəmlənməsinə töhfə verə bilər.

Hesab edirəm ki, bu kimi təşəbbüslər regional sabitlik və peşəkar media mühitinin dəstəklənməsi baxımından olduqca vacibdir. Gürcüstan və Azərbaycan – qardaş xalqlardır və birlikdə bölgəmizdə sabitliyin və sülhün təmin olunması üçün səylər göstərə bilərik”.

"Ekspert+” analitik assosiasiyasının nümayəndəsi Vaso Kapanadze də Forumun Gürcüstan-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi baxımından böyük önəminin olduğunu qeyd edib:

“Burada sadəcə insanlarımız, cəmiyyətlərimiz arasında deyil, əlbəttə ki, ilk növbədə media nümayəndələri arasında münasibətlər nəzərdə tutulur. Bu forum xüsusilə ona görə önəmlidir ki, Gürcüstan və Azərbaycan mediası üçün ümumi çağırışıar mövcuddur. Media sektorunun inkişafı, yalan, qərəzli və keyfiyyətsiz informasiya ilə mübarizədə əməkdaşlıq etmək vacibdir. Xüsusilə Gürcüstan mediası Azərbaycanla müqayisədə çox sayda çağırışlarla üz-üzədir. Çünki Gürcüstanda Azərbaycanda olduğu kimi deyil. Orada açıq-aşkar destruktiv media qüvvələri var. Bəzi kanallar və digər kütləvi informasiya vasitələri hakimiyyətin qeyri-konstitusiyon yolla devrilməsinə açıq çağırışlar edir. Və onlar Qərbdən maliyyələşirlər. Buna görə də, həm Azərbaycanın, həm Gürcüstanın suverenliyinin qorunması baxımından bu cür əməkdaşlıq vacibdir”.

Vaso Kapanadze vurğulayıb ki, belə forumlar xalqlarımız və ölkələrimizin yaxınlaşmasına kömək edəcək:

“Düşünürəm ki, gələcəkdə həm Azərbaycanda, həm Gürcüstanda keçirilə biləcək media tədbirləri çərçivəsində jurnalistlərin məsuliyyət səviyyəsinin yüksəldilməsi, onların dövlət düşüncəsinə yiyələnməsi kimi məsələlərə ciddi fikir verilməlidir. Bu, ilk növbədə  Gürcüstan media sahəsinə aiddir. Buna görə də düşünürəm ki, belə forumlar keçirilməlidir və bu, yalnız xalqlarımızın və ölkələrimizin yaxınlaşmasına kömək edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Dekabr 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri