Azərbaycanla Litva arasında regional və beynəlxalq təhlükəsizlik MÜZAKİRƏ EDİLDİ FOTO

15.02.2025

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Litvanın xarici işlər naziri Kestutis Budris ilə görüşüb.
Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, görüş zamanı Azərbaycan və Litva arasında mövcud əməkdaşlıq gündəliyinin aktual məsələləri, regional və beynəlxalq təhlükəsizlik mövzuları ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar barədə qarşı tərəfi məlumatlandırıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью