Azərbaycanla Litva arasında regional və beynəlxalq təhlükəsizlik MÜZAKİRƏ EDİLDİ FOTO
Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Litvanın xarici işlər naziri Kestutis Budris ilə görüşüb.
Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, görüş zamanı Azərbaycan və Litva arasında mövcud əməkdaşlıq gündəliyinin aktual məsələləri, regional və beynəlxalq təhlükəsizlik mövzuları ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar barədə qarşı tərəfi məlumatlandırıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bizim.Media

Azərbaycan və Türkiyə arasında regional təhlükəsizlik məsələləri müzakirə edildi FOTO
20 Dekabr 2024 12:18
Azərbaycanla Qazaxıstan arasında idman sahəsində əməkdaşlıq müzakirə edildi FOTO
20 Noyabr 2024 22:52
Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin artırılması MÜZAKİRƏ EDİLDİ FOTO
05 Dekabr 2024 19:06
Azərbaycanla Səudiyyə Ərəbistanı arasında hərbi əlaqələr müzakirə edildi FOTO
03 Dekabr 2024 19:20

