Azərbaycanla sülh olmadan vəzifəmdən getməyəcəm Paşinyan

19.11.2026

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

"Biz Azərbaycanla geri dönülməz sülhə doğru irəliləyirik. Başa düşürsünüzmü? Azərbaycanla. Türkiyə ilə, Türkiyə ilə və ətrafımızdakılarla".

Bakıvaxtı.az  xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatında bildirib. 

"Bəli, əgər insanlar bunda ittiham üçün əsas görürlərsə, qoy bizi ittiham etsinlər. Biz sülhün bərqərar olması üçün Azərbaycanla işləyirik. Gəlin referenduma gedək. Xalq səs verməsə, mən gedirəm. Təslim oluram. Təklif edirəm. İmtina edirsiniz? Azərbaycanla sülh müqaviləsi imzalanmadan vəzifəmdən getmək niyyətində deyiləm”, - deyə Paşinyan qeyd edib. 

O, vətəndaşlar referendumda yeni Konstitusiyanın lehinə səs versələr, sülh yekunlaşandan sonra istefa verəcəyini də deyib:

“Referendum müsbət nəticələnəcəyi təqdirdə isə Azərbaycanla sülh prosesini yekunlaşdırdıqdan sonra istefa verəcəyəm. Məni hakimiyyətdən uzaqlaşdırmaq istəyirsiniz? Çox yaxşı, sizə təklif edirəm, uzaqlaşdırın. Sübut edin ki, bunu istəyirsiniz”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью