Azərbaycanla sülh olmadan vəzifəmdən getməyəcəm Paşinyan
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
"Biz Azərbaycanla geri dönülməz sülhə doğru irəliləyirik. Başa düşürsünüzmü? Azərbaycanla. Türkiyə ilə, Türkiyə ilə və ətrafımızdakılarla".
Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatında bildirib.
"Bəli, əgər insanlar bunda ittiham üçün əsas görürlərsə, qoy bizi ittiham etsinlər. Biz sülhün bərqərar olması üçün Azərbaycanla işləyirik. Gəlin referenduma gedək. Xalq səs verməsə, mən gedirəm. Təslim oluram. Təklif edirəm. İmtina edirsiniz? Azərbaycanla sülh müqaviləsi imzalanmadan vəzifəmdən getmək niyyətində deyiləm”, - deyə Paşinyan qeyd edib.
O, vətəndaşlar referendumda yeni Konstitusiyanın lehinə səs versələr, sülh yekunlaşandan sonra istefa verəcəyini də deyib:
“Referendum müsbət nəticələnəcəyi təqdirdə isə Azərbaycanla sülh prosesini yekunlaşdırdıqdan sonra istefa verəcəyəm. Məni hakimiyyətdən uzaqlaşdırmaq istəyirsiniz? Çox yaxşı, sizə təklif edirəm, uzaqlaşdırın. Sübut edin ki, bunu istəyirsiniz”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 19 Noyabr 2026 00:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















