Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ermənistanda fəaliyyət göstərən azərbaycandilli televiziya gözlənilmədən fəaliyyətini dayandırdığını açıqlayıb.
Bakupost.az xəbər verir ki, kanal gecə saatlarında 26 dəqiqəlik təcili canlı yayım edərək bağlanma qərarını elan edib.
Rəsmi səbəb kimi maliyyə çətinlikləri və siyasi təzyiqlər göstərilsə də, hadisənin əsl səbəbi Diana Karapetyanın Qarabağa “Artsax” deməsi olduğu iddia edilir.
Diqqət çəkən məqam isə kanalın bağlanmasının Real TV ilə olan telekörpüdən dərhal sonra baş verməsidir.
Xatırladaq ki, həmin telekörpü zamanı Real TV-nin Sənədli Filmlər Departamentinin direktoru, jurnalist Vəfa Həmzəyeva, erməni jurnalistin “Artsax” ifadəsindən istifadə etməsinə kəskin reaksiya göstərərək, rəsmi İrəvanın və Baş nazir Nikol Paşinyanın mövqeyini xatırladıb, “Qarabağ Azərbaycandır” prinsipinin artıq siyasi fakt olduğunu vurğulamışdı.Məsələ ilə bağlı telejurnalist Vəfa Həmzəyeva də münasibət bildirərək, son günlər müzakirəsi aparılan mövzuya aydınlıq gətirib:"Bir neçə gün öncə Ermənistanlı jurnalist Diana Karapetyanla uzun müzakirələr və formatın dəqiq müəyyənləşdirilməsindən sonra iki ölkə arasında ilk media dialoqunu həyata keçirdik.
Bir məqamı xüsusi vurğulamaq istəyirəm: müsahibə əvvəlcədən siyasi motivsiz, müstəqil jurnalistikaya uyğun format kimi razılaşdırılmışdı.Lakin efirdə Ermənistan tərəfinin yenidən “Artsax” terminindən istifadə etməsi artıq sırf jurnalist mövqeyindən yox, dövlət vətəndaşı məsuliyyətindən irəli gələn reaksiya tələb edirdi.
Mən həmin an sadəcə jurnalist deyildim — Azərbaycan Respublikasının vətəndaşı idim, və tarixən qapanmış bir mövzuya səssiz qala bilməzdim.Bu məqam öz yerində, lakin daha vacib bir xəbəri də sizinlə bölüşmək istəyirəm.