Icma.az
close
up
RU
Azərbaycanlı jurnalist ilə müsahibəyə görə Ermənistandakı bu kanal BAĞLANDI VİDEO

Azərbaycanlı jurnalist ilə müsahibəyə görə Ermənistandakı bu kanal BAĞLANDI VİDEO

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Ermənistanda fəaliyyət göstərən azərbaycandilli televiziya gözlənilmədən fəaliyyətini dayandırdığını açıqlayıb.

Bakupost.az xəbər verir ki, kanal gecə saatlarında 26 dəqiqəlik təcili canlı yayım edərək bağlanma qərarını elan edib.

Rəsmi səbəb kimi maliyyə çətinlikləri və siyasi təzyiqlər göstərilsə də, hadisənin əsl səbəbi Diana Karapetyanın Qarabağa “Artsax” deməsi olduğu iddia edilir.

Diqqət çəkən məqam isə kanalın bağlanmasının Real TV ilə olan telekörpüdən dərhal sonra baş verməsidir.

Xatırladaq ki, həmin telekörpü zamanı Real TV-nin Sənədli Filmlər Departamentinin direktoru, jurnalist Vəfa Həmzəyeva, erməni jurnalistin “Artsax” ifadəsindən istifadə etməsinə kəskin reaksiya göstərərək, rəsmi İrəvanın və Baş nazir Nikol Paşinyanın mövqeyini xatırladıb, “Qarabağ Azərbaycandır” prinsipinin artıq siyasi fakt olduğunu vurğulamışdı.

Məsələ ilə bağlı telejurnalist Vəfa Həmzəyeva də münasibət bildirərək, son günlər müzakirəsi aparılan mövzuya aydınlıq gətirib:

"Bir neçə gün öncə Ermənistanlı jurnalist Diana Karapetyanla uzun müzakirələr və formatın dəqiq müəyyənləşdirilməsindən sonra iki ölkə arasında ilk media dialoqunu həyata keçirdik. Bir məqamı xüsusi vurğulamaq istəyirəm: müsahibə əvvəlcədən siyasi motivsiz, müstəqil jurnalistikaya uyğun format kimi razılaşdırılmışdı.

Lakin efirdə Ermənistan tərəfinin yenidən “Artsax” terminindən istifadə etməsi artıq sırf jurnalist mövqeyindən yox, dövlət vətəndaşı məsuliyyətindən irəli gələn reaksiya tələb edirdi. Mən həmin an sadəcə jurnalist deyildim — Azərbaycan Respublikasının vətəndaşı idim, və tarixən qapanmış bir mövzuya səssiz qala bilməzdim.

Bu məqam öz yerində, lakin daha vacib bir xəbəri də sizinlə bölüşmək istəyirəm. Bu gecə yarısı Ermənistanda fəaliyyət göstərən azərbaycandilli televiziya cəmi 26 dəqiqəlik təcili canlı yayım edərək fəaliyyətini dayandırdığını elan etdi. Rəsmi səbəblər kimi maliyyə çətinlikləri və siyasi təzyiq göstərilsə də, həm Ermənistan ictimaiyyəti, həm də Azərbaycan cəmiyyəti əsl səbəbin nə olduğunu çox yaxşı anlayır.

Mövzu təkcə Azərbaycanda yox, Ermənistanda da — xüsusilə onların sosial şəbəkələrində və media platformalarında — geniş müzakirəyə çevrildi. Bu, bir daha göstərdi ki, informasiya gücü siyasi sərhədləri çoxdan aşıb.

Buradan vacib nəticə çıxır:

Biz təkcə siyasi gücə malik dövlət deyilik — biz regionun informasiya nizamını müəyyən edən media gücüyük.

Cənubi Qafqazın aparıcı aktoru olan Azərbaycan necə ki, regionun siyasi konturlarını müəyyənləşdirir, eləcə də Cənubi Qafqazın ən güclü informasiya platformasını formalaşdırır. Bu, artıq inkaredilməz faktdır.

Baş verən hadisənin özü informasiya mühitində yaranmış bir təxribatın cavabı kimi də dəyərləndirilə bilər və bu cavab elə efirin özündə verildi. Heç bir yanlış tezis, heç bir manipulyasiya cavabsız qalmadı və qala da bilməzdi.

Sonda bunu demək istəyirəm:

Baş nazir Nikol Paşinyanın və rəsmi İrəvanın mövqeyinə istinad etdiyim hissəni Ermənistan mediası ciddi şəkildə tirajladı. Əgər bu addım həqiqətən səmimidirsə, deməli Ermənistanın informasiya mühitində də müəyyən dəyişikliklər baş verir.

Ümid edək ki, bu qərar emosional addım deyil, obyektiv reallığın qəbuludur.

Hər birinizə təşəkkür edirəm — həm dəstəyə, həm prinsipial mövqeyinizə görə.

Media cəbhəsində də güclü olduğumuzu bir daha göstərdik!", - jurnalist kanalın bağlanması ilə bağlı paylaşımında bildirib.

Asena,

BakuPost



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 06 Dekabr 2025 21:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see206

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see172

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see159

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see139

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see134

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see133

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri